Hsiao Tabuyan

Hsiao Tabuyan (çin. 蕭塔不煙; pinyin: Xiāo Tǎbùyān, ö. 1150-ci ildən sonra) ― 1143-1150-ci illərdə Qarakitayların qəyyumu və faktiki hakimi. Daha öncə dayısıoğlu[1] Yelü Daşi (İmperator Deçonq) ilə evlənərək imperatriça olmuşdu və Qantian adı ilə tanınırdı. O, müsəlman mənbələrində Kuyanq və ya Orqina kimi tanınırdı.[2]

Hsiao Tabuyan
蕭塔不煙
1143 – 1150
ƏvvəlkiYelü Daşi
SonrakıYelü Yili
Şəxsi məlumatlar
Doğum tarixi 1098
Həyat yoldaşı Yelü Daşi
Uşaqları Yelü Yili
Yelü Pusuan

Yelü Daşinin 1143-cü ildə ölümündən sonra o, kiçik oğlu Yelü Yilinin yerinə qəyyum kimi taxt-taca oturdu. O, həmçinin era adını dəyişdirdi və effektiv şəkildə idarə etməyə başladı.

Növbəti il, 1144-cü ilin martında Oğuz tayfaları Buxaranı yenidən işğal etdilər[3] və ehtimal ki, onu 1148-ci ilə qədər saxladılar.[2] Həmin ilin sonunda Cin imperatoru Xiçonq özünün Çjanqe Hannu (粘割韓奴) adlı bir səfirini Tabuyana göndərdi və ondan imperatora tabe olmasını tələb etdi. Qəzəblənən Tabuyan isə onu əvvəlcə diz çökməyə məcbur edib, sonra edam etdi. 1150-ci ildə taxtdan çəkilmişdir.

Ölüm tarixi bəlli deyil.

  1. Bu, tarixçi İbn əl-Əsirə əsasən belədir. Digər mənbələr bu iddia ilə bağlı razılaşmır.
  2. 1 2 Michal., Biran. The empire of the Qara Khitai in Eurasian history : between China and the Islamic world. Cambridge, UK: Cambridge University Press. 2005. 48. ISBN 0521066026. OCLC 59353154.
  3. 899-959, Narshakhī, Abū Bakr Muḥammad ibn Jaʻfar. The history of Bukhara. Frye, Richard N. (Richard Nelson), 1920-2014. Princeton, NJ. 2007. ISBN 978-1558764187. OCLC 71312841.