Şanyü Huçuquan (v. 216) — 41-ci şanyü.
Huçuquan Şentszunyanbusyan | |
---|---|
呼廚泉 | |
Əvvəlki | Yufuluo |
Sonrakı | Bao |
Şəxsi məlumatlar | |
Vəfat tarixi | 216 |
Fəaliyyəti | siyasətçi |
Atası | Çyançü |
Huçuquan Yufuluonun devrilməsindən sonra yerinə gələn Suybu sülaləsindən olan Suybu Quduxunun da öldürülməsindən sonra, 195-ci ildə şanyü seçilmişdi. Nikita Biçurin onun Yufuluonun ögey qardaşı olduğunu deyir. Buna görə də Luanti sülaləsindən olması səbəbi ilə şanyülüyü legitim idi. Onun dövrü ilə əlaqədar çox şey bəlli deyil, çünki Çin mənbələri bu dəfə öz vətəndaş müharibələri ilə məşğul idi. Onun dövründə hun əhalisi 100.000dən çox idi. Huçuquan 215-ci ildə Şərqi Xan imperiyasının baş naziri Tsao Tsao tərəfindən qonaq olaraq dəvət olundu. Qonaqlığa gələn şanyü gözlənilmədən həbs olundu və imperator tərəfindən titulları əlindən alındı. Çinlilər tərəfindən devrildikdən sonra Hun İmperiyasının bir dövlət olaraq varlığına son qoyuldu. İmperator qardaşıoğlu Baonu qəbilə başçısı, Kubeyi isə Sol Müdrik şahzadə təyin etdi. Lakin o artıq hunları bir dövlət kimi yox, qəbilə kimi qəbul edirdi. Huçuqanın sonrakı taleyi məlum olmasa da, 220-ci ildə hələ də sağ idi.[1]