Humboldt dağları, Antarktida

Humboldt dağları, Antarktida

Humboldt dağları, Antarktidada Kraliça Mod Torpağında Voltat dağlarının qərb hissəsini təşkil edən Pitermann dağlarının tam olaraq qərbində yerləşən bir qrup dağdır.

Dağlar, Alfred Ritşer liderliyindəki üçüncü Alman Antarktida Səfəri (1938-1939) zamanı kəşf edilmiş və xəritəyə alınmışdır. Dağlara 19-cu əsrin ilk yarısında yaşayan məşhur Alman təbiətşünas və coğrafiyaçı Aleksandr von Humboldtun adı verilmişdir.[1]

Hindistan Geolojik Araşdırmaları üçün təşkil edilən doqquzuncu Hindistan Antarktida Səfəri zamanı reallaşan qəzada ölən Hind donanmasında texnik olaraq vəzifə yerinə yetirən üç elm adamı xatirəsinə Humboldt dağlarındaki İndia nöqtəsində (71°45′08″ c. e. 11°12′30″ ş. u.) bir lövhə tikilmişdir . Lövhə, Antarktida müqaviləsi Məsləhət Yığıncağında Hindistanın təklifi ilə, "Tarixi yer və ya abidə" (HSM 78) elan edilmişdir.[2]

Geoloji xüsusiyyətlər

[redaktə | mənbəni redaktə et]

Skarşovdin dağı

[redaktə | mənbəni redaktə et]

Skarşovdin dağı (71°47′ c. e. 11°38′ ş. u.) Hovdiskar uçurumunun qərb tərəfinin 2.830 metrdən hündür olan yumru formada bir dağdır. Üçüncü Alman Antarktida səfəri zamanı kəşf edilmiş və şəkilləri çəkilmiş (1938-1939), Norveç Antarktida səfəri (1956-1960) zamanı isə Norveç tərəfindən xəritəyə alınmış və dağa Norveç dilində Uçurum dağ mənasını verən Skarşovdin adı verilmişdir.[3]

Yenovski qayaları

[redaktə | mənbəni redaktə et]

Yenovski qayaları, (71°56′ c. e. 11°40′ ş. u.) Humboldt dağlarının cənub-şərqində Xmiznikov dağının 8 km cənubunda uzanan iki ayrılmış qaya parçasıdır. İlk dəfə Sovet Antarktida səfərində (1960-61) havadan rəsmləri çəkilərək xəritəyə alınmışdır. Sovet hidroqrafı S.Ş Yenovskinin adı verilmişdir.[4]

  1.  (ing.) "Humboldt Mountains"[ölü keçid]. Geographic Names Information System. United States Geological Survey. 2007-03-12.
  2.  (ing.)"List of Historic Sites and Monuments approved by the ATCM (2012)" Arxivləşdirilib 2018-12-11 at the Wayback Machine (PDF). Antarctic Treaty Secretariat. 2014-01-06.
  3.  (ing.) "Mount Skarshovden" Arxivləşdirilib 2021-06-02 at the Wayback Machine. Geographic Names Information System. United States Geological Survey. 2007-03-12.
  4.  (ing.) "Yanovskiy Rocks" Arxivləşdirilib 2021-06-02 at the Wayback Machine. Geographic Names Information System. United States Geological Survey. 2008-03-20.