Hunad xanım külliyəsi

Hunad xanım külliyəsiKayserida XIII əsrdə Hunad xanım tərəfindən anası Gövhər Nəsibə xanımın şərəfinə inşa olunan külliyə.

Hunad xanım külliyəsi
38°43′12″ şm. e. 35°29′24″ ş. u.
Ölkə  Türkiyə
Yerləşir Kayseri
Sifarişçi Mahperi Hunad xanım
Tikilmə tarixi 1238
Üslubu Səlcuqlu memarlığı
Sahəsi
Vəziyyəti Fəaliyyətdədir
Xəritədə yeri
Map
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hunat xanım külliyəsi I Əlaəddin Keyqubadın həyat yoldaşı, II Qiyasəddin Keyxosrovun anası Mahperi Hunad xanım tərəfindən 1238-ci ildə Kayseri şəhər mərkəzində inşa edilmişdir.

Mahperi Hunad xanım bir ir hədisi şərifdən, ("İnsan öldüyü zaman əməl dəftəri bağlanır. Üç şey onun əməl dəftərinin açıq qalmasını təmin edir: xeyri davam edən yaxşılıqlar, faydalınan elm, özünə dua edən xeyirli övlad) və qayınatası I Gıyaseddin Keyxosrovun gənc yaşda ölən bacısı Gövhər Nəsibə xanımın vəsiyyəti ilə 1206-ci ildə Kayseridə inşa olunan ilk tibb məktəbi və xəstəxanası, Şifaiyye olan Gövhər Nəsibə və Gıyasiyye Şifaiyyesinden təsirlənərək özünü xeyriyyə işlərinə sövq etdi.

Kəsmə daşdan inşa edilmiş olan Hunad Xatun külliyəsi məscidi, mədrəsə, hamam və türbə hissələrindən ibarətdir. Məscidin minarəsi II Əbdülhəmid tərəfindən tikdirilmişdir. Bu məscidinin düzbucaqlı planlı mədrəsəsi bu gün Kayseri Etnoğrafya muzeyi olaraq istifadə edilir. Bu məscidi piramida kornet səkkizbucaqlı türbəsinin içində üç sənduqə vardır. Məscidin hamamı cüt hamamdır. Hamamın həm kişilər üçün hissənin günbəzi həm də qadınlar hissənin günbəzi kərpic ilə inşa edilmişdir. Məscidin hamam hissəsində aparılan son bərpa işləri zamanı bəzi saxsılar ortaya çıxarılmışdır. Məscid külliyənin mərkəz hissəsində tikilmişdir. Giriş qapısının dərhal üzərindəki bəzəklərin altında, Tövbə surəsinin 18-ci ayəsi yazılmışdır: "Allahın məscidlərini yalnız Allahı və axirəti təsdiq edən, namazı lazımınca qılan, zəkat verən və Allahdan başqa heç kəsdən çəkinməyən möminlər bina edib şənləndirir. Onlar cənnətə və bütün muradlarına qovuşmağı uma biliərlər "...

Qərb və şərq qapılarının yuxarı hissəsində yerləşən mərmər kitabədə, "Bu mübarək məscidin inşasını Keyqubad oğlu ulu sultan, din və dünyanın qoruyucusu, fəthlər sahibi Keyxosrov dövründə, iyun 1238-ci ildə böyük alim, qənaətcil, dünya və dinin yüz axı xeyirlər fatehi Məleykə (Mahperi xanım) oğluna əmr etdi- Allah onun uca varlığını davamlı qılsın, gücünü artırsın", yazılmışdır.

Məscid mehraba paralel 8 özüldən ibarətdir. Mehrabın qarşı qübbəsi olan məscid Malatya Ulu məscid planına oxşadılmışdır. Ərzurum Ulu məscid mihrapönü kimi bir genişlənmə söz mövzusudur. Tikilinin tac qapı və mehrab hissəsi gözəl göstərməli olub həndəsi ornamentdən istifadə edilmişdir.

Mədrəsə isə kənardan qala mənzərəsində ikən zamanla bürcləri dağılmışdır. Birmərtəbəli iki eyvanlı açıq avlulu mədrəsə plan növündədir. Baş eyvanı bəzəmə nəsli əhatə edir. Mədrəsədə də həndəsi bəzəmələr hakimdir. Aslan başı şəklində çörtenlərə malikdir. Bütün bu külliyədədə kəsmə daş material istifadə edilmişdir. 1929-cu ildən etibarən vali Fuad bəyin göstərişi ilə muzey olaraq istifadə edilməyə başlanmışdır. Uzun illər arxeoloji muzey olaraq istifadə edilən mədrəsə 1969-ci ildə Gültəpədə inşa edilən yeni Kayseri arxeologiya muzeyinin xidmətə verilməsindən sonra1998-ci ilə qədər etnoqrafiya muzeyi olaraq istifadə edilmişdir. 1998-ci ildən Kayseri valiliyi tərəfindən bərpa edildikdən sonra Fondlar Bölgə idarəsinə təhvil verilmişdir.

Mənbə[redaktə | mənbəni redaktə et]

  1. http://www.kayseri.gov.tr/hunat-hatun-kulliyesi.