Hundertvasser evi

Hundertvasser evi (alm. Hundertwasserhaus‎) — Avstriyanın Vyana şəhərində yerləşən yaşayış binası. Ünvan: Kegelgasse 36–38, A-1030 Wien, Löwengasse 41–43.

Hundertvasser evi
alm. Hundertwasserhaus
Xəritə
48°12′27″ şm. e. 16°23′38″ ş. u.HGYO
Ölkə  Avstriya
Şəhər Vyana
Tikilmə tarixi 1983
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Evdə 52 mənzil, 4 ofis, 16 fərdi və 3 ümumi terras, həmçinin 250 ağac və kol vardır.

Bina Avstriya rəssamı və memarı Friedensryax Hundertvasser tərəfindən 1983–1986-cı illərdə memar Yozef Kravin ilə birlikdə inşa edilmişdir. 2010-cu ildən etibarən rəsmi adı Hundertvasser-Kravin evi olaraq adlandırılır[1].

Bina "təpəli" mərtəbələri ilə seçilir. Damı torpaq ilə örtülmüşdür. Burada kol, ot və ağaclar əkilmişdir. Hundertvasser rənglərin bütöv bir palitrası, düz xətlərin olmaması, çox miqdarda yaşıllıq, çox yönlülük kimi sənət və gözəllik ideallarını təcəssüm etdirir. Rəngarəng fasad, müxtəlif ölçülü pəncərələr, rəngli şüşəli plitələrdən hazırlanmış mozaika və bəzək əşyaları ilə tamamlanır. Sənətkar bu əsərini işinin zirvələrindən biri hesab edirdi. Hətta ona bir şeir də həsr etmişdir. Hundertvasser tikinti başa çatdıqdan sonra layihə qanararını qəbul etməyib. O, bu yerdə çirkin bir şeyin olmamasından məmnun olduğunu bildirir.

Bənzər layihələr

[redaktə | mənbəni redaktə et]

Binanın (Kegelgasse küçəsi 37–39, A-1030 Wien) qarşı tərəfində 1990–1991-ci illərdə sözdə "Hundertvasser kəndi" (alm. Hundertwasser Village‎) adlandırılan ticarət və sərgi mərkəzi inşa edildi. Bu xarakterik bir fasadı olan rəngarəng binadır. Burada kafe-bar, suvenir mağazaları və xüsusi ictimai tualet vardır.

1989–1991-ci illərdə Hundertvasser binasından (alm. KunstHausWien‎) 400 m şimalda eyni evə bənzər incəsənət evi qurulur — Kunsthaus qalereyası. Ünvan: Untere Weißgerberstraße 13, A-1030 Wien.

1988-ci ildən sonra sıralanmış məişət tullantılarının yandırıldığı Vyanadakı Spittelau istilik stansiyasının fasadı və bacasını Hundertvasser binasına bənzər şəkildə dizayn edildi. Bu müasir texnologiyanın, ekologiyanın və incəsənətin ahəngdar birləşməsinin uğurlu bir nümunəsidir.