Huperziya quzu plaunu

<td_align="right"_width="40%">Cins:<td_align="left">Qurdayağı&action=edit&preload=Şablon:RedTaxLink/preload&editintro=Şablon:RedTaxLink/intro&preloadparams%5B%5D=<td%20align="right"%20width="40%">Cins:<td%20align="left">Qurdayağı}}, taksonun sistematikasını təsvir etməlidir [[]].
:
† 
(Qurdayağı]])[1]
???:
Quzu plaunu

Quzu plaunu (Huperzia selago (L.) Bernh. ex Sachrank et C.Mart.  )[2][3] - qurdayağı cinsinə aid bitki növü. [4]

Quzu plaunu
Huperzia selago.jpg
Elmi təsnifat
XƏTA: taksonomik şablon yoxdur{{
Cins:Qurdayağı
Cins:Qurdayağı
Cins:Qurdayağı
Cins:Qurdayağı
Cins:Qurdayağı
Beynəlxalq elmi adı
Huperzia selago

Qısa morfoloji təsviri[redaktə | mənbəni redaktə et]

Çoxillik, haçavari budaqlanan, tutqun və açiq-yaşıl bitkidir. Gövdələri 25-30 sm hündürlükdədir. Yarpaqları spiralvari düzülmüşdür, 5-7 mm uzunluqdadır, ensiz-lansetvari, sivri, aralı və ya əyri yuxarı istiqamətlənəndir. Adi yarpaqların qoltuğunda olan sporangilər sarımtıl, böyrəkvari, eni 1,5 mm-dir. [5]

Botaniki xarakteristikası[redaktə | mənbəni redaktə et]

Çoxillik sporlu həmişəyaşıl ot bitkisidir. Zəif inkişaf edən kök sistemi vardır. Gövdəsi yabaşəkilli budaqlanan, düzqalxan, hündürlüyü 5-30 sm, yarpaqlarının eninə ölçüsü 0,6-0,8 sm-dir. Yarpaqları kiçik, çəpinə, xətti-neştərşəkilli, itiuclu, bütövkənarlı və ya zəif, kiçik dişli, dəricikli, parıldayan olub, uzunluğu 2,5-10mm, eni isə 0,7-1,5mm-dir. Sporangisi kiçik, böyrəkşəkilli, uzunluğu 1mm-ə bərabərdir. Gövdənin yuxarı hissəsində uzunluğu 4 mm xüsusi vegetativ orqan olan tumurcuq inkişaf edir. Aprel-iyun aylarında spor əmələ gətirir, iyul-avqust aylarında isə meyvələri yetişir.[6]

Tundra, meşə-tundra və meşə zonalarında kölgəli küknar, qarışıq qızılağac meşələrində, şibyə, kol və yarımkol, qranit qayalarında rast gəlinir.

İyun-sentyabr aylarında spor əmələ gətirən zaman toplanılır. Xammalı toplayan zaman iti bıçaqla yaşıl və sarımtıl gövdələrini, tumurcuqlarını və zərər vurmadan kök sistemini toplamaq lazımdır. Təkrar toplama 6-10 ildən sonra aparılmalıdır. Quruducu şkafda qurutmaq üçün ən optimal temperatur 50оС, yaxşı ventiliyasiyalı şəraitdə və bitki nazik doğranmış halda ola bilər. Bundan başqa küləkli yerlərdə (stelajda) tənzif üzərinə sərməklə qurutmaq olar.

Havası dəyişilən stelajlarda qalmalıdır. B siyahısına daxildir.[7]

Tərkibi və təsiri[redaktə | mənbəni redaktə et]

Bitkinin tərkibində xinolizid sırası alkoloidləri 0,4-1,1%, annotinin, likopodin və psevdoselagin vardır. Eyni zamanda tərkibində karotinoidlər (25mq%), qatranlı maddələr və flavonoidlər tapılmışdır. Spor əmələ gətirəndən sonra toplanılan və qurudulan plaun keyfiyyətli dərman xammalı hesab olunur.[8]

Qusma və antialkoqol dərman maddəsidir.

Sakitləşdirici, ağıkəsici, işlədici, qusma törədən olmaqla, toksiki dərman maddəsidir. Xroniki alkoqolizmin müalicəsində istifadə edilir.

Bitkidən hazırlanan bişirmə xroniki alkoqolizmin müalicəsində tətbiq edilir. Bitkini qəbul etdikdə ümumi ağırlıq, təkrar qusma yaradır, qan təzyiqini aşağı salır, aritmiya, əzələlərin fibrillyasiyası və tənəffüsün qısalmasını yaradır. Alkoqolizmdə və siqaretin tərgidilməsində tətbiq etdikdə simptomlar daha da güclənir. Analoji mənzərə nikotinizmdə də yaranır.[9]

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri[redaktə | mənbəni redaktə et]

Sporların yetiışmə dövrü  iyul-oktyabr aylarıdır. Orta, yuxarı dağ və alp qurşağında, şam meşəsində, böyük daşların üstündə, iri qaya çatırlarında, mamırların arasında  rast gəlinir.[5] Dərman və dekorativ bitkidir. [5] [10]                         

Yayılması[redaktə | mənbəni redaktə et]

Kiçik Qafqazın şimal hissəsi (Göygöl Milli Parkı, Çınqıl dərəsinin şimal yamacı, şam meşəsi); Böyük Qafqazın qərb hissəsi (Zaqatala rayonu, Car kəndinin ətrafı, Zaqatala Dövlət Qoruğu, Xalagel dağı). [5] [11] [12]

Sayı və tendensiyası[redaktə | mənbəni redaktə et]

Tək-tək rast gəlinir, sayı çox azdır. [12]

Məhdudlaşdırıcı amillər[redaktə | mənbəni redaktə et]

Məskulaşdığı meşə sahələrinin azalması və digər antropogen amillər.

Mühafizə tədbirləri[redaktə | mənbəni redaktə et]

Məlum biotopların nəzarətə alınmalı, təbiətdə axtarışı davam etdirilməlidir.                          

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Cins:Qurdayağı
  2. Azərbaycan Respublikasının Qırmızı Kitabı. Nadir və nəsli kəsilməkdə olan bitki və göbələk növləri. II nəşr. Bakı - 2013.
  3. Nurəddin Əliyev. Azərbaycanın dərman bitkiləri və fitoterapiya. Bakı, Elm, 1998.
  4. Elşad Qurbanov. Ali bitkilərin sistematikası, Bakı, 2009.
  5. 1 2 3 4 Флора Азербайджана,1950.
  6. S.C.İbadullayeva, M.C.Qəhrəmanova Bitkilərin Sirli Dünyası (Ot Bitkiləri) Bakı 2016 s.333
  7. S.C.İbadullayeva, M.C.Qəhrəmanova Bitkilərin Sirli Dünyası (Ot Bitkiləri) Bakı 2016 s.333
  8. S.C.İbadullayeva, M.C.Qəhrəmanova Bitkilərin Sirli Dünyası (Ot Bitkiləri) Bakı 2016 s.333
  9. S.C.İbadullayeva, M.C.Qəhrəmanova Bitkilərin Sirli Dünyası (Ot Bitkiləri) Bakı 2016 s.333
  10. Машковский М.Д., 2008
  11. Əsgərov A.M., 2005.
  12. 1 2 Əsgərov A.M., Mehdiyeva N.P., Zeynalova S.Ə., 2013