Huxanye (v. e.ə. 30) — Hunların XIV şanyüsü.
Huxanye | |
---|---|
呼韩邪 | |
Əvvəlki | Tutsitan |
Sonrakı | Fuculi |
Şəxsi məlumatlar | |
Vəfat tarixi | e.ə. 30 |
Atası | Sülü Çiançü |
Həyat yoldaşları |
Çüankü Yançi Van Çyan Çyaoçun |
Uşaqları |
Çüymoqüy Nançjiyas Dyaotaomoqao Tzyumisyu Hsian Luo İtuzyaşi və 10 ayrı oğul |
Huxanye əyanların dəstəyi ilə üsyan qaldıraraq hakimiyyətə gəlmişdi. Əvvəlki adı Tsihouşan idi. Eramızdan əvvəl 57-ci ildə Hun dövlətində 5 şanyü var idi və hamısı hökmdarlığa iddialı idi. Çuki, Hüge, Utzsi, Yuydi özünü şanyü elan etmişdi. Bu şəxslərin hamısı Mete xaqanın ayrı qadınlardan olan nəvələridi idi. Çuki əvvəlcə Hüge, Utzsi və Yuydinin müttəfiq ordularına qarşı vuruşmağa başladı və məğlub olaraq qaçdı. Yuydi isə Huxanyeyə tabe olduğunu bildirdi. Digər tərəfdən general Li Linin oğlu Utszini şanyü elan etdi. Utszi öldürüldükdən sonra Huxanyenin yeni rəqibləri baş qaldırdı. Sünsün adlı hun generalı bir şahzadəni II Günçen şanyü adı ilə hökmdar elan etdi. Daha qərbdə isə Huxanyenin qardaşı Çiçi şanyü özünü hökmdar elan etdi. Çiçi və Günçen ittifaqa girərək Huxanyeni məğlub etdilər. Huxanye öz əyanları ilə qurultay çağırdı amma əyanlar onun Çin vassallığını qəbul etməsi fikrinə etiraz etdilər. Hun generallarından biri İçjiçzı isə o dövrlərin geridə qaldığını Çinin artıq güclü olduğunu dedi. Huxanye onunla razılaşdı. Huxanye Çinə yola düşdü. 147 ildən sonra ilk dəfə idi ki, Çin imperatoru və şanyü görüşürdü. İmperator ona ordu və ərzaq verərək ölkəsinə göndərdi. Çiçi şanyü bu arada öz dövlətini qurmağa hazırlaşırdı. Talas döyüşündə Çin ordusu Çiçini məğlub edərək başını kəsdi və üsyan yatırıldı. Huxanyenin hakimiyyəti dövründə qəbilə başçılarının Çinə axını davam edirdi. Huxanye imperatorun qızı ilə evlənmiş və İtuzyaşi adlı oğlu anadan olmuşdu. Öləndən sonra isə yerinə Fuculi şanyü keçdi.