Uçjulyu

Uçjulyu (v. 13) — Hunların XVII şanyüsü.

Uçjulyu
乌珠留若鞮
ƏvvəlkiÇüyya
SonrakıSyan
Şəxsi məlumatlar
Vəfat tarixi 13
Atası Huxanye
Uşaqları II Huxanye
Syufudi
Yülüdi
Udiyaşu
Sutuxuban

O hakimiyyətə gəldikdən sonra qardaşlarının etdiyi kimi oğlu Udiyaşunu Çinə girov göndərdi. E.ə. 6-cı ildə Udiyaşu xəstələnərək öldü. Çinin yeni imperator qəyyumu olan Vanq Manq Hunların geri qalan torpaqlarını da almaq istəyirdi. Vanq Manq 9-cu ildə saray çevrilişi edərək imperator olduqdan sonra şanyünün protokol səviyyəsini daha aşağı saldı və Hunları artıq vassal bir dövlət kimi yox, Çin vətəndaşı kimi görməyə başladı. Buna əsəbləşən Uçjulyu vassallıqdan imtina edərək Vanq Manqı xain elan edərək Çinli əyanlarla birləşərək müharibəyə başladı. Vanq Manq da öz növbəsində Syan adlı bir şahzadəni Hun şanyüsü elan etdi. Syan isə şanyünün yanına qaçaraq belə bir iddiasının olmadığını dedi. 13-cü ildə ölən Uçjulyunun yerinə Syan gəldi.