Bu məqalədə daxili keçidlərin artırılmasına ehtiyac var. |
Bretşneyder hortenziyası (lat. Hydrangea bretschneideri) — hortenziyakimilər fəsiləsinin hortenziya cinsinə aid bitki növü.
Bretşneyder hortenziyası | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Cins: ???: Bretşneyder hortenziyası |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
||||||||
|
Yabanı halda Çinin şimal əyalətlərində yayılmışdır.
Hündürlüyü 3 m olan koldur. Dağınıq budaqları enli, kürəvi çətir əmələ gətirir. Zoğları tükcüklüdür. Yarpaqları yumurtavari, tünd yaşıl, alt tərəfi tükcüklü, uzunluğu 12 sm-dir. Çiçəkləri əvvəlcə ağ, yayın sonuna yaxın qızarır və çətir çiçək qrupunda toplanır. Çiçək qrupunun diametri 15 sm-ə qədərdir. İyul ayında kütləvi çiçək açır. Meyvələri xırdadır. Zoğları qışda tamamilə oduncaqlaşır. Meyvələri quru qutucuqlardır və sentyabrda yetişir. Toxumlarla və qələmlərlə çoxaldılır.
Digər növlərdən fərqli olaraq daha çox şaxtaya və quraqlığa davamlıdır, yarımkölgə mühitini xoşlayır.
Böyük Qafqazda, Lənkəranda təsadüf edilir.
Bu növ kolun yığcam formasına, dekorativ çətirinə, yaxşı zoğ əmələgətirmə qabiliyyətinə və hər il bol çiçəkləməsinə görə qiymətlidir. Çiçək qrupu kəsildikdən və qurudulduqdan sonra qış ərzində quru dəstələr kimi istifadə etmək olar. Qazonların mərkəzində tək və qruplarla əkilməsi üçün daha əlverişlidir.