Hypericum cyclosepalum var. elbrusense

Atropatan dazısı (lat. Hypericum helianthemoides) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin dazıkimilər fəsiləsinin dazı cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Kritik təhlükə həddində olanlar" kateqoriyasına aiddir – CR B1ab (i, ii, iii, iv, v). Azərbaycanın nadir növüdür. Qafqaz endemidir.

Atropatan dazısı
Elmi təsnifat
Beynəlxalq elmi adı

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Yarımkolcuqdur. Hündürlüyü 10-20 sm-dir. Gövdəsi çoxsaylı, nazik, yumru, budaqlıdır. Yarpaqlar xətvari, oturaq və qarşı-qarşıya düzülmüş, 4-7 mm uzunluğunda, 1,5 mm enində, nöqtəvarı vəzilidir. Çiçək qrupu salxım, 1-9 çiçəkli, 3-5 sm uzunluğunda, 1 sm enindədir. Yarımçətirlər 5-12 mm uzunluğundadır. Çiçəkaltlığı yumurtavari, 1-2 mm uzunluğunda, kənarlarından nöqtəvarı vəzili, çiçək saplağından xeylı qısadır. Kasayarpaqları elilipsvari-yumurtaşəkilli, küt uclu, 2-2,5 mm uzunluğunda, təxminən 1,5 mm enində, kənarları eyniformalı dişcikli vəzili, əsasından qəhvəyimtildir. Ləçəklər ellipsivari və ya yumurtavari, 5-8mm uzunluğunda, 3 mm enindədir. Erkəkciklər 3 dəstədədir. Yumurtalıq deməkolar ki, şarşəkillidir. Sütuncuqlar 3 və yumurtalıqdan uzundur. Qutucuq yumurtavari, 5 mm uzunluğunda, 3 mm enindədir.

Dəniz səviyyəsindən 1200 m hündürlükdə, rütubətli dağlarda, gilli daşlı torpaqlarda da bitir. Quraqlığa davamlı olmasına baxmayaraq şoran torpaqlara üstünlük verir. Çiçəkləmə-meyvə əmələgətirmə iyul-avqust aylarına təsadüf edir.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Azərbaycanda arealı dardır, nadir növdür. Naxçıvan MR-da dağ yamaclarında bitir (Şahbuz kəndinin ətrafı). Əhali tərəfindən dərman bitkisi kimi yığıldığına görə təhlükə altına düşə bilən növdür. Populyasiyanın nəzarətə götürülməsi, mütəmadi monitorinqlərin aparılması təklif olunur.

Dərman bitkisidir. Yaşıllaşdırılmada istifadəsi öyrənilməmişdir. Yamacların bərkidilməsində istifadəsi məqsədyönlüdür.

Homotipik sinonimləri

[redaktə | mənbəni redaktə et]
  • Drosanthe helianthemoides Spach
  • Hypericum hyssopifolium subsp. helianthemoides (Spach) J.Thiébaut

Heterotipik sinonimləri

[redaktə | mənbəni redaktə et]
  • Hypericum atropatanum Rzazade
  • Hypericum cyclosepalum var. elbrusense Bornm. & Gauba
  • Hypericum helianthemoides subsp. atropatanum (Rzazade) Sennikov
  • Hypericum helianthemoides subsp. badchyzum Sennikov
  • Hypericum helianthemoides var. latifolium Boiss.
  • Hypericum leptocladum Boiss.