III Vamek (Meqreliya knyazı)

III Vamek (gürc. ვამეყ III დადიანი) — Dadianilər sülaləsinin nümayəndəsi. 1658-1661-ci illərdə Meqreliya knyazı, 1661-ci ildə isə qısa müddətlik İmereti çarı kimi hakimiyyətdə olmuşdur.

III Vamek
ვამეყ III დადიანი
1658 – 1661
ƏvvəlkiIII Liparit (Meqreliya knyazı)
SonrakıIII Liparit (Meqreliya knyazı)
Şəxsi məlumatlar
Vəfat tarixi
Atası Georgi Lipartiani
Anası Anna Dadiani
Həyat yoldaşı Yelena Qurieli
Uşaqları Baqrat
III Georgi
Darecan

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı[redaktə | mənbəni redaktə et]

III Vamek Dadianilər sülaləsinin Lipartiani qoluna mənsub idi. Lipartianilər irsi olaraq Meqreliya knyazlığının Salipartiano bölgəsində hakimiyyətdə olublar. III Vamek çox güman ki, Meqreliya knyazı III Georginin qızı Annanın və Lipartianilər sülaləsindən Georgi Lipartianinin oğlu olmuşdur.[1] Onun Salipartiano bölgəsindəki hakimiyəti 1618-ci ildən başlamışdır. O, Meqreliya knyazı II Levan Dadianinin 1657-ci ildə ölümündən sonra III Liparit Dadianinin Meqreliya hakimiyyətinə gəlməsinə qarşı çıxmışdır. III Vamek İmereti çarı III Aleksandrın dəstəyini alaraq 1658-ci ildə Meqreliya taxtını ələ keçirmişdir. Bu dəstəyin qarşılığı olaraq II Levan Dadianinin xəzinəsinin çox hissəsini və İmereti çarlığı ilə sərhəddəki bölgəni III Aleksandra vermişdir.[2][3]

1660-cı ildə çar III Aleksandrın ölümündən sonra İmeretidə taxta III Aleksandrın həyat yoldaşı çariça Darecan çıxdı. Bir müddət sonra Darecan yeni evləndiyi Vaxtanqı çar elan etdi. Lakin İmeretiyadaki zadəganların bir hissəsi bu qərara qarşı çıxdılar və ölkədə daxili qarşıdurmalar yaşandı. III Vamek qarşıdurmalardan istifadə edərək Darecanı və Vaxtanqı əsir adlı və 1661-ci ildə özünü İmereti çarı elan etdi. Darecan kömək üçün Kartli çarı V Vaxtanqa müraciət etdi və kömək edəcəyi təqdirdə ona İmereti taxtını vəd etdi. V Vaxtanq və III Vamek arasındakı qarşıdurmalardan sonra sülh müqaviləsi bağlandı. Müqaviləyə əsasən İmereti iki yerə bölündü. Bir hissəsi, III Vamekin hakimiyyəti altında qaldı, digər hissəsi isə Kartli çarlığının ərazilərinə birləşdirildi. V Vaxtanq və III Vamek arasındakı siyasi münasibətlər nikah diplomatiyası ilə gücləndirildi. Belə ki, III Vamekin qızının V Vaxtanqın oğlu Arçil ilə evlənməsinə qərar verildi. Lakin Arçilin İmeretidən torpaq tələb edəcəyindən qorxan III Vamek fikrini dəyişdi və qızını knyaz Bezhan Qoqoberidze ilə evləndirdi. Bu tərəflər arasında münasibətlərin korlanmasına gətirib çıxardı. Quriya knyazı Demetre Qurieli ilə ittifaq bağlayan V Vaxtanq İmeretini və Meqreliyanı ələ keçirdi. III Vamek dağlara qaçmağa məcbur oldu və tezliklə V Vaxtanqın əmri ilə sui-qəsd nəticəsində öldürüldü.[3]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Grebelsky, P. Kh.; Dumin, S.V.; Lapin, V.V. Дворянские роды Российской империи. Том 4: Князья Царства Грузинского [Noble families of the Russian Empire. Vol. 4: Princes of the Kingdom of Georgia] (Russian). Vesti. 1993. 46–47.
  2. Bagrationi, Vakhushti. Nakashidze, N.T. (redaktor). История Царства Грузинского [History of the Kingdom of Georgia] (PDF) (Russian). Tbilisi: Metsniereba. 1976. 39. 142. 2014-02-22 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-11-29.
  3. 1 2 Rayfield, Donald. Edge of Empires: A History of Georgia. London: Reaktion Books. 2012. 213–215. ISBN 1780230303.