Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. |
V Vaxtanq yaxud I Şahnəvaz xan — Muxrani qolundan ilk Kartli çarı.
V Vaxtanq I Şahnəvaz | |
---|---|
ვახტანგ V | |
Kartli çarı | |
1658 – 1675 | |
Əvvəlki | I Rüstəm |
Sonrakı | XI Georgi |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | |
Vəfat tarixi | |
Vəfat yeri | Gəncə, Azərbaycan |
Dəfn yeri | Qum, İran |
Fəaliyyəti | monarx |
Atası | Baqrat Baqration-Muxraneli |
Anası | Anna |
Uşaqları | |
Dini | islam |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Vaxtanq İslamı qəbul etmişdi. Şahnəvaz xan kimi tanınırdı.
Çar I Rüstəm tərəfindən 1653-cü ildə vəliəhd təyin edilmişdi. II Abbas ona Şahnəvaz adını vermişdi. 1658-ci ildə çar elan olunmuşdu.
1660-cı ildə Araqvi eristavı I Zaalı öldürtmüşdü. 1661-ci ildə oğlu I Arçili İmereti taxtına gətirmişdi. 1664-cü ildə I Arçili həm də Kaxetiya taxtına gətirdi. II Abbasdan sonra Səfəvi taxtına Şah Süleyman Səfəvi (II Səfi) çıxdı. Şah Süleyman (1666 - 1694) 1674-cü ildə yenidən Kaxetiyaya qayıdan İraklini yanına çağırtdırdı. Şahın İraklini Kaxetiyaya hakim təyin edəcəyindən qorxuya düşən Şahnəzər xan (I Arçil) atası Şahnəvaz xanla məsləhətləşmədən İmeretiyaya qaçdı. Hadisələri diqqətlə izləyən Süleyman şah, Şahnəvaz xanı təcili olaraq yanına çağırtdırdı. Şahnəvaz xan yolda vəfat etdi və onu Qumda, mənəvi atası Rüstəm xanın (I Rüstəm) yanında dəfn etdilər.
2 dəfə evlənmişdi. İlk həyat yoldaşı Rodam Orbeliani, ikinci həyat yoldaşı isə Mariam idi. Övladları: