III Xattusili[a] (Hattušili; mənası – "Xattusadan olan" e. ə. XIII əsr – e. ə. XIII əsr) — təxminən e.ə. 1275–1250-ci illərdə hökmranlıq etmiş Het çarı ("Böyük çar, Hatti ölkəsinin çarı"). O, II Mursilinin oğlu, II Muvatallinin kiçik qardaşı olmuşdur. III Xattusili paytaxt Kissuvadnada bir keşişin qızı, hurri əsilli Puduxepa ilə evlənmişdir. O,təxminən 25 il hakimiyyətdə olmuşdur.
III Xattusili | |
---|---|
təqribən e.ə. 1275 – e.ə. 1250 | |
Əvvəlki | III Mursili |
Sonrakı | IV Tudxaliya |
Şəxsi məlumatlar | |
Doğum tarixi | e. ə. XIII əsr |
Vəfat tarixi | e. ə. XIII əsr |
Fəaliyyəti | suveren[d] |
Atası | II Mursili |
Uşaqları | |
Vikianbarda əlaqəli mediafayllar |
Xattusili Misirlə sülh müqaviləsi imzalamaq üçün qızını firon II Ramzes ilə evləndirmiş, qızı isə Maatxornefrura adını mənimsəmişdir.[1][2] O, e.ə. 1246-cı ilin sonunda anası və cehiz karvanlarının müşayiəti ilə Xattusanı tərk etmiş və 1245-ci ilin fevralında Per-Ramzesə çatmışdır.[3]