IV (V) Tudxaliya və ya Xeşmi-Şarruma — təxminən e.ə. 1245–1215-ci illərdə[1] və ya e.ə. 1237–1209-cu illərdə hökmranlıq etmiş Het çarı. III Xattusilinin oğlu olmuşdur. Tudxaliya Het dövlətinin süquta uğramasından əvvəl dövlətin son əhəmiyyətli hökmdarı olmuşdur. O, atası Xattusili tərəfindən paytaxt Xattusanın yenidən tikilmə prosesini və Yazılıqaya məbədinin tikintisini tamamlamışdır. Tudxaliya Kiçik Asiyada assuriyalılara və müxtəlif qonşularına qarşı müharibə aparmışdır.
IV Tudxaliya | |
---|---|
təqribən e.ə. 1245 – e.ə. 1215 | |
Əvvəlki | III Xattusili |
Sonrakı | Kurunta |
Şəxsi məlumatlar | |
Doğum tarixi | e. ə. XIII əsr |
Vəfat tarixi | e. ə. XIII əsr |
Vəfat yeri | |
Fəaliyyəti | monarx |
Atası | III Xattusili |
Vikianbarda əlaqəli mediafayllar |