II Böyükdüz nekropolu

II Böyükdüz nekropoluKəngərli rayonunda, I Böyükdüz yaşayış yerinin yaxınlığında, keçmiş sərhəd-gözətçi məntəqəsinin yerləşdiyi təpədə antik dövrə aid arxeoloji abidə.

Abidə 1991-ci ildə qeydə alınmışdır. Qəbirlər əsasən şimal-qərb və şimal-cənub istiqamətlərdə olub, baş və ayaqda bir, yanlarda isə iki iri sal daşla qurulmuşdur.

Qəbiristanlıq Araz çayının lap yaxınlığında (5–6 metrliyində) yerləşdiyindən, qəbirlərin çoxu daşqınlar zamanı yuyulub dağılmış, yalnız az bir qısmi salamat qalmışdır. Qəbirlərin ikisi tədqiq edilmişdir. Onlardan insan skeletləri, kəllə sümükləri, dəmir xəncər, bıçaq, biz, çəhrayı rəngli gil qab qırıqları, tunc üzük, gildən hazırlanmış təkər modeli aşkarlanmışdır.[1]

  1. "Müstəqillik dövründə Azərbaycan arxeologiyası" (PDF). 2014-03-26 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2012-06-25.