II Böyükdüz yaşayış yeri — Kəngərli rayonunda, Köhnə Böyükdüz kəndindən qərbdə, Böyükdüz çaylağının sağ tərəfində yerləşən antik dövr abidəsi. Yaşayış yeri seldə yuyularaq dağılmışdır. Kəşfiyyat işləri zamanı bad qırıqlarına, boz və çəhrayı rəngli gil qab sınıqlarına, şüşə qab parçalarına rast gəlinmişdir. Bəzi yerlərdə dairəvi və dördkünc formada daş düzümləri qalmışdır.[1]