Birləşmiş Krallıq və Millətlər Birliyinin ən uzun hökm sürmüş kraliçası olan II Elizabet 8 sentyabr 2022-ci ildə Şotlandiyada yerləşən Balmoral qalasında 96 yaşında öldü. Xəbər BBC tərəfindən canlı yayımda Britaniya Yay Vaxtı ilə 18:31-də ictimaiyyətə bildirildi. Günün səhər saatlarında həkimlər sağlamlığının sürətlə pisləşdiyini və tibbi müayinədə olduğunu bildirdi.[4]
II Elizabetin ölümü | |
---|---|
Tarix | 8 sentyabr 2022[1] |
Yeri | |
Koordinatlar | 57°02′27″ şm. e. 3°13′48″ q. u. |
Səbəbi | qocalıq[3] |
Vikianbarda əlaqəli mediafayllar |
Bu məqalədəki və ya bölmədəki məlumatlar köhnədir.(8 avqust 2023) |
8 sentyabr 2022-ci ildə İngiltərə vaxtı ilə 12:30-da Bukinqem sarayı kraliçanın müayinə altında olduğunu və həkimlərin narahat olduğunu açıqladı. Kraliçanın ailəsi Vilyam və Harri ilə birlikdə yanında olmaq üçün qalaya getdilər.
BBC kraliçanın vəziyyətini yaxından izləmək məqsədi ilə saat 14:00 civarında BBC One proqramını 18:00-a qədər dayandırdı. Digər kanallarda kraliçanın vəziyyəti ilə əlaqəli xüsusi yayım proqramları verildi. Saat 15:00-da BBC müxbiri Yelda Hakim Elizabetin öldüyünə dair heç bir rəsmi açıqlama olmamasına baxmayaraq kraliçanın öldüyü haqda tvit paylaşdı. Daha sonra tviti sildi.
16:30-da Baş nazir Liz Trass kraliçanın ölümü barədə məlumatlandırıldı.
Britaniya Kral Ailəsinin rəsmi Twitter hesabı saat 18:30-da (BYV) tvit paylaşaraq kraliçanın ölümünü elan etdi. Kraliçanın ölümünün televiziyadakı ilk xəbəri 18:31-də BBC-də yayımlandı. Ardınca Bukinqem sarayı — "Kraliça bu günortadan sonra Balmoralda öldü. Kral və arvadı bu axşam Balmoralda qalacaq və sabah Londona qayıdacaqlar", — deyə açıqlamasında bildirdi.
Ölümündən sonra ən böyük oğlu III Çarlz taxta çıxdı. Tac mərasimi haqda məlumat verilməyib.
Dövlət tərəfindən təşkil olunacaq dəfn mərasimi ilə bağlı məlumat verilməyib; amma ölümündən on iki gün keçməsi gözlənilir.
Bukinqem sarayındakı Birləşmiş Krallıq bayrağı yarıya endirildi.
Xəbərin ardınca Londonda yerləşən Bukinqem sarayının qarşısında yüzlərlə insan toplaşdı.
8 sentyabrda kraliçanın ölümünə görə ABŞ Konqres Binasındakı ABŞ bayrağı yarıya endirildi.
Co Bayden, Cill Bayden, Cimmi Karter, Bill Klinton, Corc V. Buş, Barak Obama, Donald Tramp, Şarl Mişel, Ursula fon der Lyayen, Yens Stoltenberq, Emmanuel Makron, Frank-Valter Ştaynmayer, Pedro Sançes, Serco Mattarella, İnyaçino Kassis, Sauli Niinistö və Narendra Modi II Elizabetin ölümünə başsağlığı mesajlarını paylaşdılar.