Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Barak Hüseyn Obama (ing. Barack Hussein Obama; 4 avqust 1961[1][2][…], Honolulu[1]) — ABŞ siyasətçisi, ABŞ-nin 44-cü prezidenti (20 yanvar 2009 – 20 yanvar 2017). Prezident seçilənə qədər ABŞ Senatının İllinoys ştatının kiçik senatoru olub. 2009-cu ildə Nobel Sülh mükafatına layiq görülmüşdür. ABŞ-nin ilk afroamerikalı prezidentidir.
Barak Obama | |
---|---|
ing. Barack Obama | |
20 yanvar 2009 – 20 yanvar 2017 | |
Vitse-prezident | Co Bayden |
Əvvəlki | Corc Volker Buş |
Sonrakı | Donald Tramp |
3 yanvar 2005 – 16 noyabr 2008 | |
Qubernator | Dik Durbin |
Əvvəlki | Piter Fitzcerald |
Sonrakı | Roland Burris |
Şəxsi məlumatlar | |
Doğum adı | Barack Hussein Obama II[1] |
Doğum tarixi | 4 avqust 1961[1][2][…] (63 yaş) |
Doğum yeri | |
Partiya | |
Təhsili |
|
Fəaliyyəti | siyasətçi, vəkil, siyasi publisist[d], dövlət xadimi, hüquqşünas, podkaster, akademik[d], memuarçı |
Anası | Stenli Enn Danhem[1] |
Həyat yoldaşı |
|
Uşaqları | 2 |
Dini | protestantlıq |
Elmi fəaliyyəti | |
Elm sahəsi | konstitusiya hüququ[4][5] |
Elmi dərəcəsi | |
|
|
Təltifləri |
|
barackobama.com | |
Vikianbarda əlaqəli mediafayllar |
| ||
---|---|---|
Prezidentlikdən qabaq Prezidentlik dövrü Siyasət Təyinatlar Birinci rüb
İkinci rüb Prezidentlikdən sonra |
||
4 avqust 1961-ci ildə Havay adalarında anadan olan Barak Hüseyn Obamanın qaradərili atasının Barak Hüseyn Obama (ata), ağdərili anasının adı isə Stenli Enn Danhemdir. Keniyadan olan 27 yaşlı atası ilə Kanzasdan olan 18 yaşlı anası Havay Universitetində tanış olmuşlar. Valideynləri onun doğulmasından altı ay əvvəl, 2 fevral 1961-ci ildə Havay adalarının Vailuku şəhərində toy etmişdir. 1961-ci ilin avqustunda, anası onu yanına alaraq Sietl şəhərinə köçmüşdür. Obamanın valideynləri 1964-cü ildə boşanıb. Atası 1964-cü ildə vətəni Keniyaya qayıdaraq üçüncü dəfə ailə həyatı qurmuşdur. 1982-ci ildə isə avtomobil qəzası nəticəsində həlak olur.
Barak Obama 1983-cü ildə Kolumbiya Universitetini bitirmiş və 1985-ci ildə Çikaqoya köçərək orada cinayətkarlıq və işsizliyin bürüdüyü məhəllələrdə yaşayış şəraitinin yaxşılaşdırılması uğrunda mübarizə aparan kilsə qrupunda işləməyə başlamışdır. 1991-ci ildə Obama Harvard Hüquq Məktəbini bitirir. O, həm də Harvard Hüquq İcmalı jurnalının redaktoru olmuş ilk qaradərili amerikalıdır.
1992-ci ildə Barak Obama İllinoys VOTE (tərc. "səsvermə") layihəsinin direktoru olur. Növbəti il isə o, "Davis, Miner, Barnhill & Galland" firmasında vəkil olaraq səsvermə hüquqları və məşğulluq işləri üzrə ixtisaslaşır. Hazırda da o, bu firmanın məsləhətçisi olaraq qalmaqdadır. 1993-cü ildə Obama həmçinin Çikaqo Hüquq Universitetinin mühazirəçi olur və indiyə kimi bu vəzifəni paralel olaraq icra etməkdədir. 1995-ci ildə onun "Atamdan xatirələr" adlı xatirə kitabı nəşr olunmuşdur.
1996-cı ildə Obamanın Senat karyerası start götürür. Həmin il Obama 13-cü dairədən İllinoys Ştat Senatına üzv seçilir. Bu dairədə əsasən yoxsul Cənubi Afrika zənciləri məskunlaşmışlar, lakin bir neçə zəngin məhəllə də vardır.
1997–2004-cü illərdə İllinoys Senatında xidmət etməzdən əvvəl mülki hüquqlar müvəkkili kimi təcrübədən keçir. 1992–2004-cü illərdə Çikaqo hüquq Elmləri İnstitutunda konstitusiya hüququ fənnindən dərs demişdir.
Obama 2004-cü ildə özü də daxil olmaqla üç namizədin qoşulduğu seçkiləri 53% səslə udaraq Demokratlar Partiyasından ABŞ Senatına seçilir və 2005-ci il yanvarın 4-dən senator fəaliyyətinə başlayır.
2008-ci il prezident seçkiləri zamanı Birləşmiş Ştatlar Prezidentliyinə namizəd göstərilən ilk afroamerikalı olmuşdur.
2008-ci ilin noyabrın 4-də respublikaçı rəqibi Con Makkeynə qalib gələrək ABŞ-nin 44-cü prezidenti seçilmişdir.
2009-cu il üçün Nobel Sülh Mükafatı ona verilib. Obama "beynəlxalq diplomatiyanın və xalqlar arasında əməkdaşlığın gücləndirilməsinə sərf etdiyi böyük əməyə görə" bu mükafata layiq görülmüşdür.
20 yanvar 2017-ci il tarixində ABŞ prezidenti postunu Donald Trampa təhvil vermişdir.
Mişel Obama ilə evlidir, iki qızı vardır.