II Konstantin Baqrationi

II Konstantin və ya Mahmudqulu xan — Kaxeti çarı (ö. 28.12.1732).

II Konstantin
Mahmudqulu xan
კონსტანტინე II
მაჰმად ყული-ხანი
Vəzifədədir
1723-cü ildən
ƏvvəlkiMehrəli xan
Sonrakı(Osmanlı işğalı)
bayraq
Kaxeti çarı
1722 – 1732
ƏvvəlkiII David
SonrakıII Teymuraz
Şəxsi məlumatlar
Doğum tarixi ?
Doğum yeri İsfahan, Səfəvilər dövləti
Vəfat tarixi
Vəfat yeri Telavi
Fəaliyyəti qubernator
Atası I İrakli Baqrationi
Anası ?
Dini islam
Rütbəsi general

II Konstantin İslamı qəbul etmişdi. Məhəmmədqulu (Mahmudqulu) xan kimi tanınırdı.

I İrakli Baqrationinin oğlu idi, İranda müsəlman olaraq böyüdülmüşdü. 1703-cü ildə İsfahan şəhərinin darğası olmuşdu. 1722-ci ildə Kaxeti çarı kimi hakimiyyətə başlamışdı. 4 may, 1723-cü ildə şahın əmri ilə VI Vaxtanqa hücum etmiş və Kartlini qısa müddətliyinə də olsa ələ keçirmişdi. Həmin vaxt Osmanlı ordusunun gözlənilməz hücumuna məruz qalan çar Gəncə-Qarabağ bəylərbəyi İbrahim paşa tərəfindən həbs olunmuşdu. 1725-ci ildə yenidən çarlığa qayıdan Konstantin Osmanlı ilə sülh bağladı. 28.12.1732də türklərə xəyanət edən çar öldürüldü və yerinə II Teymuraz gəldi.

İrəvanın hakimi olmuşdu.