II Manuel Komnenos (yun. Μανουήλ Μέγας Κομνηνός)(təq. 1324, Trabzon – 21 fevral 1333, Trabzon) — 11-ci Trabzon imperatoru.[2]
II Manuil | |
---|---|
8 yanvar 1332 – 23 sentyabr 1332 | |
Əvvəlki | III Andronik |
Sonrakı | Vasiley |
Şəxsi məlumatlar | |
Doğum tarixi | təq. 1324 |
Doğum yeri | |
Vəfat tarixi | 21 fevral 1333 |
Vəfat yeri | |
Fəaliyyəti | rəhbər |
Atası | III Andronik (Trabzon imperatoru)[1] |
Ailəsi | Komnenos sülaləsi |
Vikianbarda əlaqəli mediafayllar |
Trabzon imperatoru III Andronikin nigahdan kənar doğulan oğludur. Atasının ailə daxili cinayətlərlə keçən 20 aylıq səltənətinin ardından 8 yaşında ikən taxta çıxarıldı. O əsnada imperiyada yaranan siyasi boşluqdan istifadə edən türkmənlər Trabzona hücum etdi, xeyli qənimət ələ keçirsələr də, ağır itkilərlə geri çəkildilər.
Ancaq saray daxilindəki Bizanspərəst əyanların, Konstantinopola qaçan əmisi Vasileyə yazdıqları səltənətə dəvət məktubunun ardından taxtdan endirilərək həbs olundu. Saraydakı bütün tərəfdarları edam edilən II Manuel Komnenos bir il sonra əmisinin əmirylə edam olundu.