II Perdikka

II Perdikka (q.yun. Περδίκκας Β΄ της Μακεδονίας) — e.ə.454-413-cü illərdə hökmranlıq edən Makedoniya çarı. I Aleksandrın ölümündən sonra oğulları arasında daxili münaqişə yarandı və bu münaqişədə Perdikka qalib gəldi. Onun taxta çıxdığı dövrdə Makedoniya geridə qalmış bir dövlət idi, həm cənubda Afina dəniz ittifaqı, həm də şimalda Odris krallığı tərəfindən işğal edilmək təhlükəsi ilə üzləşmişdi. Əvvəlcə Perdikka hər vasitə ilə açıq silahlı qarşıdurmadan qaçmağa və yalnız sərhədlərində bir çox yunan koloniyalarının yaranmasına müşahidə etməyə məcbur oldu. Peloponnes müharibəsinin başlaması ilə Makedoniya kralı, dövlət üçün maksimum fayda ilə, Halkidiki, Afina, SpartaKorinfdəki yunan polisləri arasındakı mürəkkəb əlaqələrdən istifadə etdi. Perdikka ən azı on dəfə müharibənin əsas iştirakçıları ilə ittifaqlara girdi və onu dayandırdı.

II Perdikka
q.yun. Περδίκκας
Doğum tarixi e. ə. V əsr
Vəfat tarixi e.ə. 413
Vəfat yeri
Fəaliyyəti monarx
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Perdikkanın ikisifətli siyasəti Afinanın təsirinin ölkədə zəifləməsinə səbəb oldu. Makedoniya regionda əsas oyunçuya çevrildi. Makedoniya üçün Perdikkanın əsas xidmətləri ölkə tarixinin kritik anlarında dövləti qoruyub saxlaması olmuşdur. Müasirləri arasında Perdikka hiyləgər və xain siyasətçi kimi şöhrət qazanmışdı. Məsələn, o, məşhur spartalı hərbi liderlərdən biri Brasidin Halkidiki kampaniyasına qoşulmuş, Afinaya müttəfiq olan bir sıra şəhərləri tutmuşdu. Spartalı komandir Perdikkanın qonşularının mülklərini ələ keçirmək əmrini yerinə yetirməkdən imtina etdikdən sonra Makedoniya çarı Afina ilə ittifaqa girdi. Müvafiq dəstək olmadan Brasidin ordusu hücum əməliyyatlarını davam etdirə bilmədi və spartalı komandirin özü afinalılarla döyüşdə öldü.

Perdikka Makedoniyanı yunan mədəniyyəti ilə çulğalaşdırmağa çalışırdı. Onun sarayında məşhur şairlər və elm adamları sığınacaq tapmışdılar ki, onların arasında "tibbin atası" Hippokratı xüsusilə vurğulamaq lazımdır.

Perdikka haqqında ən mühüm və tam olan qədim mənbə Fukididin "Tarix"idir. Tarixçi təkcə Makedoniya çarı Perdikkanın müasiri deyildi, güman olunur onun varisi Arxelayı da ziyarət etmişdi. Lakin, Fukididlə Perdikka arasında şəxsi tanışlıq ehtimalı da istisna edilmir. Buna baxmayaraq, antik tarixçi Perdikkanın özünün şəxsiyyəti ilə maraqlanmırdı. Makedoniya çarının hərəkətlərinə səpələnmiş istinadlar Peloponnes müharibəsinin gedişi haqqında hekayənin ana xətti ilə əlaqələndirilir. Fukididin təqdimatının belə xüsusiyyətlərinə görə alimlər Makedoniya ilə Afina arasındakı əlaqəni ətraflı təsvir edə bilərlər. Lakin onlar Makedoniyanın daxili siyasəti, qonşuları ilə münasibətləri, bu tarixi dövrdə regionun inkişaf xüsusiyyətləri haqqında tam məlumata malik deyillər[1].

Fukidid Perdikkini öz yatağında ölən, “kulis oyununun” ən uğurlu ustalarından, taktik və strateqlərdən biri kimi qiymətləndirdi[2]. Antik tarixçi Makedoniya çarının siyasətini pisləmir və əsaslandırmır. Bəlkə də başa düşürdü ki, bu yolla Perdikka “iki od arasında” qalaraq öz mövqeyini qoruyub saxlaya bilib[2].

Fukididdən başqa Afina komediyaçılarında Perdikka haqqında dağınıq məlumatlara rast gəlinir. Hermippin “Səbətləri daşıyan” komediyasında (qədim yunanca: Φορμοφόροι) dramaturq Afinaya bütöv yalan vədlər göndərən Makedoniya çarına istehza ilə baxır[3]. Makedoniya çarı haqqında Platon, afinalı natiqlər DemosfenLisi də məlum verib. Digərləri arasında, Perdikka "ədalət, dostlara fayda verməkdən və düşmənlərə zərər verməkdən ibarətdir" kimi kinli ifadə ilə hesab olunurdu[4]. Son antik müəlliflərdən Mark Yunian Yustin Perdikka haqqında Pompey Troqun Historiarum Philippicarum epitomunda yazmışdır[1]. Bu mənbələr həm Perdikkanın ittifaq müqavilələrini tez-tez pozması, həm də Makedoniya əleyhinə Afina təbliğatı nəticəsində yaranan “xain” və şərəfsiz hökmdar obrazı ilə xarakterizə olunur[5].

Epiqrafikada yazılı mənbələrlə yanaşı Perdikkanın həyatı və hakimiyyəti dövrü ilə bağlı mühüm məlumatlar yer alır. Numizmatik məlumatlar təsvir edilən dövrdə Perdikkanın daxili siyasəti və Makedoniyanın ticarət əlaqələri haqqında dolayı nəticə çıxarmağa imkan verir[1].

  1. 1 2 3 Müller, 2017
  2. 1 2 Синицын, 2017
  3. Ярхо, 2002
  4. Платон, 2007, Государство. Книга I, 336a и прим. 16
  5. Борза, 2013

Tədqiqat əsərləri

[redaktə | mənbəni redaktə et]