II Qazançı körpüsü

2005-ci ildə ərazidə olarkən bu körpüdən bir qədər şimal tərəfdə, dəqiq desək Qazançı kəndinin şimal-şərq tərəfində indiyədək qalan qalıqlarına əsasən orta əsrlər dövrünə aid daha möhtəşəm bir körpünün yeri müəyyən edilmiş, təxmini də olsa ölçüləri götürülmüş, haqqında məlumat toplanmışdır. Əhali tərəfindən “Çay məhəlləsi” adlandırılan yerdə, Əlincəçayın üzərində inşa edilmiş körpünün çayın sahilində və ortasında qalan qalıqlarına əsasən müəyyən edilmişdir ki, körpünün tağlarının dayaqları arasındakı məsafə təxminən 10 metr, uzunluğu 30 metrdən artıq olmuşdur. İnşasında çaydaşı, yonulmuş dağ daşı və əhəng məhlulundan istifadə olunmuş körpü haqqında aparılan tədqiqatların nəticəsi olaraq E.İsayev fəlsəfə doktoru dissertasiyasında və monoqrafiyasında məlumat vermişdir [1]. Körpünü XVII əsrin əvvəllərinə air etmək olar.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Hacıfəxrəddin Səfərli. Naxçıvanın türk-islam mədəniyyəti abidələri. Naxçıvan: “Əcəmi” Nəşriyyat Poliqrafiya Birliyi, 2017, 115 s.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. İsayev E. Böyük İpək yolu və Naxçıvan. Bakı: Elm və təhsil, 2012, 214 s., s. 123