Bu məqaləyə hansısa kateqoriya əlavə edilməmişdir. Məqaləyə kateqoriyalar əlavə edərək töhfə verə bilərsiz. |
II Xosrov xan, Xosrov xan Bəni Ərdalan (1752-1752; 1756-1763; 1766-1790) — Ərdalan xanlığının hakimi.
II Xosrov xan |
---|
Xosrov xan Bəni Ərdalanın hakimiyyəti illərində Ərdalan vilayətinin hərbi siyasi-qüdrəti daha da güclənir, müstəqilliyi artır. Belə ki, 1779-cu ildə Kərim xan Zəndin ölümündən sonra hakimiyyəti ələ keçirməyə çalışan Qacarlar sülaləsi yalnız Xosrov xan Bani Ərdalanın hərbi köməyiylə öz məqsədinə nail olur. Ağa Məhəmməd Xan Qacarın hakimiyyət başına keçməsinə yaxın köməklik göstərən Xosrov xan Bani Ərdalan tədricən özünü müstəqil aparmağa başlayır. Onun bu itaətsizliyi Ağa Məhəmməd Xan Qacarın xoşuna gəlmir və o öz müttəfiqinin (Xosrov xan) üzərinə qoşun göndərir. Həmədan yaxınlığında baş verən şiddətli döyüşdə Xosrov xan qalib gəlir və ağır itkiyə məruz qalan Ağa Məhəmməd Xan Qacar geri çəkilməli olur. Tarixçilərin verdiyi məlumatlara görə bu döyüşdə "dərs alan" Ağa Məhəmməd Xan sonralar birbaşa Xosrov xanın üzərinə hücuma keçməyə cürət etmir.