IP protokolunun formatı

Protokol dedikdə elə qaydalar toplusu başa düşülür ki onlar məlumatlar paketinin və ya məlumatın formatını müəyyənləşdirir

İP protokolu başlıq və mətn hissələrindən ibarətdir. Başlıq hissə 20 baytlıq hissəni özündə saxlayır. Həmçinin vacib olmayan uzunluğu da ehtiyat kimi saxlayır.Başlıq hissə soldan sağa doğru ötürülür yəni 1ci növbədə bu versiyada ilk baytlar ötürülür. Daha sonra isə ardıcıl olaraq nizamlanmış formada sonrakı baytlara ötürülür. Sahə versiyası protokolun əsas versiyasıdır. Bu versiya imkan verir ki protokolu istənilən yerdə istifadə etmək mümkün olsun . Başlığın uzunluğu dəyişən qiymət alır. Xidmətlər tipi sahəsi xidmətlər siniflərini göstərir və etibarlılığın eləcə də sürətin müxtəlif kombinasiyalarını istifadə etməyə imkan verir.

Ümumi uzunluğun maksimal qiyməti 65535 bayta bərabərdir. İdentifikator məlumatları qəbul edən hosta imkan verir ki alınmış məlumatlar fraqmentinin hansı hissəyə aid olduğunu müəyyən edir. Eyni məlumatların fraqmentləri identifikatorun eyni bir qiymətinə malikdir. Bunlardan sonra istifadə olunmayan baytlar gəlir.

Fraqmentlərin qarışması cari məlumatlar paketində həmin fraqmentlərin vəziyyətinin müəyyənləşməsini aktual edir. Məlumatlar paketinin ömrü (mövcudluq dövrü) hesablanır. Bu hesablamada zəmanət verilir ki, məlumatlar paketi şəbəkədə əbədi istifadə oluna bilməzlər.

Protokol vasitəsilə göstərilir ki, lazım olan məlumatlar paketini prosesin hansı səviyyəsinə göndərmək lazımdır. Başlığın nəzarətlər cəmi ancaq başlığın özünü səhvlərdən qoruyur. Məlumat göndərənin və məlumat alanın hər ikisinin ünvanları şəbəkənin nömrəsini və hostun nömrəsini göstərmək üçün ist. olunur. Mühüm olmayan hissələrdə informasiyanın məxfiliyinin səviyyəsi verilə bilər. Həmçinin məlumatlar paketinin dəqiq marşrutu verilə bilər. Bu buna xidmət edir ki marşrutlayıcıları öz marşrutlanma cədvəlindən imtina etməyə məcbur etsin. Məlumatı göstərilən marşruta göndərsin