Host (ing. host-ev sahibi) – istənilən interfeysə görə "klient-server" formatında, server rejimində xidmət göstərən və bu interfeysdə unikal təyin olunan hər hansı bir cihazdır. Xüsusi halda, lokal yaxud qlobal şəbəkəyə qoşulmuş istənilən kompüteri host olaraq qəbul etmək olar. Host – kompüter şəbəkəsinə qoşulmuş hər hansı kompüter qurğusu vahididir.
Öz-özlüyündə host jarqon terminidir, cihaz və onun fəaliyyəti haqqında heç bir informasiya daşımır. Host sözünün anlamı ancaq cihazın hansı xidmətin hostu olduğunu ehtimal edildiyində məna kəsb edir. Buna baxmayaraq çox vaxt xidmətin adının konteksdən anlaşıldığını güman edərək onu qeyd etmirlər.
Məsələn: USB protokolun icrasında, müştəri cihazlarında hər bir qrupun koordinasiyası ilə ayrıca USB Host Controller məşğul olur. Bu halda o USB host protokolu kimi çıxış edir. Digər tərəfdən, ixtiyari IP-ünvana ping komandası ilə sorğu verərkən, həmin ünvana malik və ICMP-paketə cavab xidməti göstərən kompüter host adlana bilər.
Adətən əlavə izahsız host adı altında TCP/IP protokol hostu anlaşılır, yəni cihazın IP şəbəkəyə qoşulmuş şəbəkə interfeysi. Hər bir host kimi o da TCP/IP (IP-ünvan) xidmətləti ortamında unikal identifikasiyaya malikdir. TCP/IP protokol hostu ilə həmçinin məcburi olmayan mətn xüsusiyyəti də bağlana bilər (domen adı).
Şəbəkə bağlantısı dinamik olan kompüter oyunlarında və digər şəbəkə proqramlarında adətən rabitə seansının idarəsini təşkil edən iştirakçı host olaraq qəbul olunur, digər iştirakçılar isə onun yaratdığı seansa qoşulurlar (klient-server).