ISIN

ISIN (ing. International Securities Identification Number — Qiymətli kağızın beynəlxalq identifikasiya kodu) — maliyyə alətini xarakterizə edən informasiyanı özündə daşımayan, sadəcə qiymətli kağızlarla hesablaşmalar və əqdlərin bağlanması zamanı qiymətli kağızların birmənalı identifikasiyasına xidmət edən 12 işarəli hərfi-rəqəmli kod.

İlk iki işarə ölkə kodunu müəyyən edir. Ölkə kodu iki hərfdən ibarət olub qiymətli kağızın qeydiyyata alındığı ölkəni və ya borc qiymətli kağızları istisna olmaqla, emitentin hüquqi yerləşdiyi yeri müəyyən edir.

Növbəti doqquz rəqəm qiymətli kağızın buraxıldığı ölkədə qiymətli kağıza verilən dövlət qeydiyyat nömrəsindən (National Securities Identification Number və ya NSIN) götürülür.

İSİN strukturu
1 2 3 4 5 6 7 8 9 10 11 12
Ölkə
kodu
NSİN Yoxla.
rəqəm

Sonuncu rəqəm – yoxlayıcı rəqəmdir. 0-dan 9-a qədər olan bir rəqəmlə ifadə olunur. Yoxlayıcı işarənin konkret rəqəmli ifadəsi 10 "ikiqat artır – topla — ikiqat artır" ("Modulus 10 Double Add Double technique") moduluna əsasən hazırlanmış xüsusi alqoritm vasitəsilə hesablanır.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]