IX korpus qısametrajlı sənədli filmi rejissor Tahir Əliyev tərəfindən 2012-ci ildə çəkilmişdir. Film "Səlnamə" kinostudiyasında istehsal edilmişdir. Film İkinci Dünya müharibəsi illərində Sloveniya və İtaliya cəbhələrində alman faşistlərinə qarşı mübarizə aparmış və döyüşmüş 9-cu korpusun azərbaycanlı əsgərlərinin xatirəsinə həsr olunur. 2012-ci ildə filmin rejissoru Tahir Əliyevə bu filmə və "Unudulmuş partizan" filminə görə Nova Qoriça şəhəri rəhbərliyinin və Veteranlar Şurasının xüsusi mükafatı verilib.
IX korpus | |
---|---|
IX korpus | |
Janr |
sənədli qısametrajlı tarixi müharibə |
Rejissor | Tahir Əliyev |
Ssenari müəllifləri |
Andrey Malniç (Sloveniya) Tahir Əliyev |
Operator | Elşən Həsənoğlu |
İstehsalçı | "Salnamə" kinostudiyası |
İlk baxış tarixi | 2012 |
Filmin digər adı | 9-cu korpus |
Filmin növü | qısametrajlı sənədli film |
Müddət | 26 dəq. |
Ölkələr | Azərbaycan |
Dil | azərbaycanca |
İl | 2012 |
Rəng | rəngli |
Film İkinci Dünya müharibəsi illərində Sloveniya və İtaliya cəbhələrində alman faşistlərinə qarşı mübarizə aparmış və döyüşmüş 9-cu korpusun azərbaycanlı əsgərlərinin xatirəsinə həsr olunur. Filmdə korpusun daxilində “Ruskaya çetna” adlı azərbaycanlılardan ibarət batalyonun döyüş yolundan[1] və qəhrəmanlığından bəhs edilir.[2]
2012-ci ildə filmin rejissoru Tahir Əliyevə bu filmə və "Unudulmuş partizan" filminə görə Nova Qoriça şəhəri rəhbərliyinin və Veteranlar Şurasının xüsusi mükafatı verilib.
Ssenarist: Andrey Malniç (Sloveniya), Tahir Əliyev
Rejissor: Tahir Əliyev
Operator: Elşən Həsənoğlu
Azərbaycan filmlərinin siyahısı
2012-ci ilin Azərbaycan filmləri
2010-cu illər Azərbaycan filmlərinin siyahısı