I Şərvin

Şərvin Bavəndi — Təbəristan şahı.

I Şərvin
شروین
bayraq
Təbəristanın VI şahı
772 – 817
ƏvvəlkiII Söhrab
SonrakıI Şəhriyar
Şəxsi məlumatlar
Doğum tarixi ?
Doğum yeri Təbəristan
Vəfat tarixi
Vəfat yeri Fərim, Təbəristan
Fəaliyyəti monarx
Atası II Söhrab
Uşağı Qarin
Dini Zərdüştilik

II Söhrabın 772-ci ildə ölümündən sonra yerinə oğlu Şərvin keçmişdi. Elə bu il, Şərvin Təbəristan valisi Xalid ibn Bərməkin getməsindən istifadə edən Vəndad Hörmüzdlə birlikdə Abbasilərə qarşı üsyana başladı. Onların orduları müsəlman şəhərlərini yandırır, əhalini sürgün edirdi. 10 il sonra artıq Təbəristanda heç müsəlman qalmamışdı. Şərvin bundan sonra Padəşvərgərşah (Dağların şahı) titulunu qəbul etmişdi. 785-ci ildə yenidən Abbasilərə tabe olmuşdu. 805-ci ildə Harun əl-Rəşidin Rey şəhərini ziyarətindən sonra Şərvinin nəvəsi I Şəhriyar Bağdada girov kimi getmişdi. Şərvin 817-ci ildə vəfat etdi.