I Şapur (fars. شاپور اول; II əsr, Firuzabad, Fars ostanı – 272[1][2][…], Bişapur[d], Fars ostanı) — ikinci Sasani şahı.
I Şapur | |
---|---|
𐭱𐭧𐭯𐭥𐭧𐭥𐭩 | |
12 aprel, 241 – may,272 | |
Əvvəlki | I Ərdəşir |
Sonrakı | I Hürmüz |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Firuzabad, İran |
Vəfat tarixi | |
Vəfat yeri |
|
Fəaliyyəti | suveren[d] |
Atası | I Ərdəşir |
Anası | Mirod |
Həyat yoldaşları | Gurzad, Xuranjim |
Uşaqları | |
Dini | Zərdüştilik |
Vikianbarda əlaqəli mediafayllar |
Şapur 215-ci ildə doğulmuşdu. Atası I Ərdəşir, anası isə Arşakilər sülaləsindən Miroddur. 240-cı ildə artıq atası ilə birgə hökmdarlıq edirdi. 242-ci ildə Ərəb Filiplə sülh imzaladı və 500.000 dinar təzminat aldı.[3] Lakin sülh tez pozuldu və 253-cü ildə Barbarissos döyüşündə Sasani ordusu 60000lik Roma ordusunu məhv etdi.
252-ci ildə Şapurun əmri ilə Ermənistan çarı II Xosrov (Arşaki) öldürüldü, I Hürmüz Ermənistan taxtına gətirildi. Gürcüstan da işğal edilərək Sasanilər dövlətinə birləşdirildi.
260-cı ildə Roma-Sasani müharibələrində Roma ordusunu məğlub etdi. Öz qələbəsi barədə bütün qonşu ölkələrə xəbər saldı ki, ona tabe olsunlar. Alban hökmdarı I Vaçe tabe olmaq istəməsə də, 262-ci ildə I Şapur Albaniyanı özündən asılı vəziyyətə gətirdi. 10 il sonra (272) I Şapur öldü və Albaniya asılılıqdan çıxdı.
Anar İsayev, Rəhim Məcnunov, Muxtar Abbasov — Azərbaycan tarixi VI–XI sinif
Monarx, sülalə və ya onların nümayəndələri haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |