I Aleksandr Georgiyeviç (gürc. ალექსანდრე I, Alek’sandre I) — 1476–1511-ci illərdə Kaxeti çarı. Osmanlı və Səfəvi qoşunlarının Kaxetiyə basqın təhlükəsinin qarşısını almaq məqsədilə müttəfiqlər axtaran I Aleksandr Rusiya dövləti ilə monqol istilasından sonra kəsilmiş əlaqələri bərpa etmiş, 1483-cü və 1491-ci illərdə III İvanın yanına elçilər gəndərmişdi. XVI əsrin əvvəlindən Şah İsmayılın vassalı olmuşdur. Gürcüstan üzərində Osmanlı ilə Səfəvilər dövləti arasında mübarizənin səbəb olduğu saray çəkişmələri nəticəsində öldürülmüşdür.[1]
I Aleksandr | |
---|---|
gürc. ალექსანდრე I | |
1476 – 1511 | |
Əvvəlki | VIII Georgi |
Sonrakı | II Georgi |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1454 |
Doğum yeri | |
Vəfat tarixi | 27 aprel 1511 |
Vəfat yeri | |
Fəaliyyəti | monarx |
Atası | VIII Georgi (Gürcüstan çarı) |
Ailəsi | Baqrationi |
Vikianbarda əlaqəli mediafayllar |