I Böyükdüz nekropolu

I Böyükdüz nekropoluKəngərli rayonunda, eyni adlı kənddən cənub-şərqdə antik dövrə aid arxeoloji abidə.

Abidənin sahəsi 320 m²-dir. əllidən artıq sayda olan qəbirlər, əsasən daş qutu tiplidir. Hamısı daşqın zamanı yuyulub üzə çıxmışdır.

Qazıntılar zamanı qəbirlərin birindən insan skeletinin qalıqları aşkar edilmişdir. Dağıdılmış bir neçə qəbirin materiallarını 1972-ci ildə sərhəd gözətçi məntəqəsinin zabitləri toplamış və Naxçıvan Dövlət Tarix Muzeyinə təhvil vermişlər. Tapıntılar şüşə flakonlardan, boz və çəhrayı rəngli gil qablardan, dəmir qılınc, xəncər, çıçaq, ox ucluğu və at ləvazimatı qalıqlarından ibarətdir.[1]

  1. "Müstəqillik dövründə Azərbaycan arxeologiyası" (PDF). 2014-03-26 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2012-06-25.