Bu, tənha məqalədir, çünki hansısa məqalədən bu məqaləyə verilmiş keçid yoxdur. |
I Baronlar müharibəsi — 1215–1217-ci illərdə İngiltərə krallığında baş vermiş vətəndaş müharibəsi. Robert Fitzalker rəhbərliyində ingilis baronlar, fransız kralı Şahzadə Luislə gizli razılığa gəldilər. Anlaşmaya əsasən ingilis kralı Con devrilməli, əvəzinə baronlara və fransızlara tabe olan kral hakimiyyətə gətirilməli idi. 2 il davam edən müharibənin əvvəlində tərəflər arasında, Magna Karta adlı sülh müqaviləsi imzalanmışdır. Müqavilədə olan bəndlər ingilisləri, fransız ağalığı altına salırdı. Bu səbəbdən kral müqaviləni qəbul etməmişdir. Bununla 1215–1217-ci illəri əhatə edən I Baronlar müharibəsi başlamışdır.
I Baronlar müharibəsi | |||
---|---|---|---|
Tarix | 1215 - 1217 | ||
Yeri | İngiltərə əraziləri | ||
Nəticəsi | Fransız hücumunun qarşısı alındı. Müharibənin sonunda hakimiyyətə gələn yeni kral baronların bir sıra imtiyazlarını tanıdı. | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
|
İngiltərə kralı Con hakimiyyətin idarə edilməsində böyük narazılığılara səbəb olurdu. Baronlar kralın siyasətinə qarşı olan əsas siyasi qüvvə hesab olunurdu. 1215-ci ilin 15 iyun tarixində, baronlar tərəfindən müqavilə hazırlandı. Müqavilədə kralın hüquqları azaldılır, ölkədə fransız ağalığı təmin olunur və baronlara geniş sərbəstliklər verilirdi. Həmin tarixində kral təziq altında, müqaviləyə kral möhrünü vurmalı olur. Müqavilənin imzalanmasından 3 gün sonra baronlara, krala sədaqət andı içirlər. Kralla baronlar arasında imzalanmış müqavilə, Magna Karta adlandır. Magna Kartada, kralın bir çox hüquqlarının əlindən alınaraq, baronlara verilməsi acıq, şəkildə göstərilmişdir. Magna Karta müqaviləsinin 61-ci maddəsində, kral tərəfindən qəbul edilən istənilən qanunun veto edilməsi üçün 25 baronun razılığının tələb edilməsi barədə bənd yer almışdı.[1] Bu maddə bir daha müqavilənin kral hakimiyyətini formallaşdırdığını göstərirdi. 1215-ci ilin yaz aylarında tərəflər arasında danışıqlar aparılsada, nəticə əldə edilməmiş və müharibə başlamışdır.
Magna Karta müqaviləsində olan anlaşılmazlıqlar qısa zamanda tərəflər arasında vətəndaş müharibəsinin başlanmasına səbəb oldu. İngilis baronlar, kralı hakimiyyətdən devirmək və taxtı ələ keçirmək üçün, fransız şahzadəsi Luisə müraciət etdilər. Luis həmin dövrdə kral II Filipdən sonra taxta ən real namizəd hesab olunurdu. Bununla yanaşı, Luis İngiltərə kralı II Henrinin yaxın qohumu sayılırdı. İngiltərənin Normandlar tərəfindən istila edilməsindən 150 ilə yaxın müddət keçdiyindən Fransa və İngiltərə arasında olan münasibətlər elədə gərgin deyildi. Fransa şahzadəsi Luis 1215-ci ilin noyabr ayında, baronlara dəstək olmaq məqsədilə İngiltərəyə cəngavərlər göndərdi. Fransa kralı olan atası və həmin dövrdə Roma papası olan III İnokentinin məsləhətlərinə baxmayaraq, Luis İngiltərənin işğal edilməsi üçün plan hazırlayırdı. Məqsəd İngiltərə krallığını Fransadan aslı vəziyyətə salmaqdan ibarət idi. 1216-cı ilin may ayında, Şahzadə Luis donaması ilə birlikdə, Kent şəhəri yaxınlığında sahilə çıxdı.
İngiltərə taxtına qarşı böyük təhlükənin yaranmasına baxmayaraq, Kral Con Saksonların paytaxtı Vincester şəhəri istiqamətində geri cəkildi. Kralın geri cəkilməsi səbəbindən, Şahzadə Luis ciddi müqavimətə rast gəlmədən, London şəhərini zəbt etdi. Londonda təşkil olunmuş mərasimdə Luis özünü kral elan edir. Ölkənin dörd bir tərəfindən tac qoyma mərasiminə gələn baronlar və zadəganlar, yeni krala qarşı sədaqət andı içdilər. Taxdan salınmış Con, baş verənləri müşahidə edirdi. O, baronlara və Luisə qarşı hər hansısa müharibənin başlayacağı halda, məğlub olma ehtimalının yüksək olduğunu anlayırdı. Bu səbəbdən Con tez-tez mövqe dəyişdirir və getdikcə ölkənin şimal hissəsinə çəkilirdi. 14 iyun tarixində, Luis keçmiş kralın gizləndiyi Vincester şəhərinə hücum edir. Hücumdan bir neçə saat əvvəl, Con şəhərin boşaldılması və birliklərin şimala çəkilməsi barədə əmr verir. Luis şəhəri heç bir müqavimətə rast gəlmədən zəbt edir. Bununla İngiltərənin yarısından çoxu Luisin nəzarəti altına keçir.
İngiltərənin işğal olunmasında oğlunun böyük uğur əldə etdiyini görən Fransa kral II Filip oğlu Luisə İngiltərədə tam ağalığa nail olmaq üçün Dover liman şəhərinin zəbt edilməsinin vacibliyini xatırladır. Luis Kent əyalətinin Kanterburi və Rokestr kimi şəhərlərini işğal etsə də, Kentin mərkəzi şəhəri olan Doveri hələ işğal edilməmişdi.