I Bohemond (it. Boemondo I) və ya Tarantolu Bohemond (it. Boemondo di Taranto) (1054, San-Marko-Argentano[d], Kalabriya – 3 mart 1111, Kanosa-di-Puqliya[d], Apuliya) — ilk Antioxiya knyazı.[1][2] Birinci Səlib yürüşünün rəhbərlərindən biri olaraq çoxsaylı norman hərbi birliklərinə başçılıq edirdi.
I Bohemond | |
---|---|
fr. Bohémond de Tarente | |
1098 – 1111 | |
Əvvəlki | - |
Sonrakı | II Bohemond |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1054 |
Doğum yeri | |
Vəfat tarixi | 3 mart 1111 |
Vəfat yeri | |
Dəfn yeri |
|
Fəaliyyəti | hərbi qulluqçu |
Atası | Robert Quiskard |
Həyat yoldaşı | Fransalı Konstansa |
Uşağı | II Bohemond |
Dini | katolisizm |
Vikianbarda əlaqəli mediafayllar |
Bohemond cənubi İtaliyadakı Apuliya-Kalabriya qrafı olan və norman hərbi birliklərinə başçılıq edən Robert Quiskardın ilk evliliyindən dünyaya gələn oğlu idi. Valideynləri yaxın qohum idi və 1058-ci ildə Roma papası tərəfindən qəbul edilən ümumi fərmanla boşanmışdılar. Bu səbəblə Bohemond, qrafın qeyri-qanuni oğlu oldu. Anasının yenidən evlənməsinin ardından ögey atası tərəfindən cəngavər olaraq böyüdüldü. Bununla yanaşı, norman, italyan və yunan dillərini öyrəndi.
Atasının ağır xəstələndiyi 1073-cü ildə ona qarşı çıxan üsyanda ona dəstək verdi və atasının hərbi birliyində vuruşdu. Ardından 1081-ci ilin əvvəllərində atası tərəfindən Bizans imperiyası üzərinə göndərilən hərbi birliklərə komandir təyin edildi və bu birliklərlə indiki Vlyora bölgəsini işğal etdi. Ardından atasının göndərdiyi dəstək birliklərlə 18 oktyabrda Bizans imperatoru I Aleksey Komnenosu məğlubiyyətə etdi. 21 fevral 1082-ci ildə indiki Albaniya ərazisində yerləşən Durres şəhəri ələ keçirildi. Ancaq cənubi İtaliyada çıxan üsyanın ardından atası Robert Quiskard geri döndü və Balkan yarımadasındakı norman birliklərinə Bohemond rəhbər təyin edildi. Bizans imperiyası ilə gedən vuruşmaların ardından ordunun yorulması və yayılan epidemik xəstəliklər səbəbilə 1084-cü ilin dekabrında Bohemond İtaliyaya geri döndü.
1085-ci ildə atasının vəfatıyla ögey qardaşıyla başlayan taxt mübarizəsində qalib gələ bilmədi. Gəlinən razılığa görə, Bohemond Taranto, Brindizi, Otranto və Ariya bölgələrini əldə etdi və ögey qardaşının hakimiyyətini tanımadı. 1087-ci ilin payızında yenidən ayaqlandı və nəticədə bölgədə vətəndaş müharibəsi başladı. 1090-cı ildə Barinin işğalıyla, Bohemond cənubi İtaliyanın böyük hissəsini ələ keçirdi.