I Harald Gözəlsaç və ya I Harald Horfaqer (q.skan. Haraldr hárfagri, norv. Harald I Hårfagre; 850- təx. 933) - Norveçin birinci kralı. Gözəlsaçlılar və ya Horfaqerlər sülaləsinin banisi.
I Harald Gözəlsaç | |
---|---|
q.skan. Haraldr hárfagri norv. Harald I Hårfagre | |
872 – 930 | |
Əvvəlki | yoxdur |
Sonrakı | Eyrik Qanlı Balta |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Vestfoll, Norveç |
Vəfat tarixi | |
Vəfat yeri | Ruqalann, Norveç |
Atası | Qara Halvdan |
Anası | Raqnhild Siqurddotter |
Həyat yoldaşları |
Asa Qida Raqnhild Svanhilx Ashild Tora Snefrid |
Uşaqları |
oğulları: Quttorm, Qara Halvdan, Bəyaz Halvdan, Siqfred, Hrörek, Siqtrik, Frodi, Torqisl, Eyrik Qanlı Balta, Byörn Morehod, Olof, Raqnar Rükkil, Rinq, Daq, Qudröd Skiry, Yaxşı Hakon, Uzunayaq Halvdan, Qudröd Blesk, Düzayaq Röqnvald, Siqurd Hrisi |
Ailəsi | İnqlinqlər sülaləsi |
Dini | Skandinaviya büdpərəstliyi |
Vikianbarda əlaqəli mediafayllar |
I Harald Vefstfoldun İnlinqlər sülaləsindən olan konunqu Qara Halvdanın və Hrinqarik konunqu Siqurdun qızı Raqinhildin yeganə övladı idi.
Təxminən 860-cı ildə Qara Halvdan vəfat edir. Bu zaman Haraldın 10 yaşı var idi.
866-cı ildə Harald bütün Norveçi öz hakimiyyəti altında birləşdirməyə başladı. Altı il davam edən yürüşlərdən sonra 872-ci ildə baş verən Hafsfyord döyüşündə əldə edilən qələbədən sonra Harald buna nail oldu.
Haraldın təzyiqi ilə ona tabe olmayan güclü hakimlər Îslandiyaya və Britaniya adalarına qaçdılar. Harald yaratdığı dövləti hücumlardan qorumaq və təhlükəsizliyini təmin etmək üçün sonrakî illərdə yaxın adalara və Şotlandiyaya hücum edərək oraları rəqiblərindən təmizlədi.[1] Bununla yanaşı o həm də Vermland və ətraf ərazilər uğrunda İsveç kralı Erik Emundssonla mübarizə apardı.
Hakimiyyətinin sonuna yaxın mərkəzi hakimiyyĕt zəifləyir. Beləki sayı hələ də dəqiqləşdirilməyən oğulları atalarının taxtı uğrunda çəkişməyə başlayırlar. Ancaq onlardan yalnız biri Haraldın rəğbətini qazanır. 930-cu ildə ölümündən sonra Eyrik Qanlı Balta Norveçin yeni hökmdarı olur.