I Karol (rum. Karl Eitel Friedrich Zephyrinus Ludwig von Hohenzollern-Sigmaringen; 20 aprel 1839[1][2][…], Ziqmaringen[4] – 10 oktyabr 1914[1][3][…], Peleș qəsri[d], Rumıniya) — I Rumıniya kralı.
I Karol | |
---|---|
rum. Carol I rum. Carol I al României | |
15 mart 1881 – 10 oktyabr 1914 | |
Əvvəlki | - |
Sonrakı | I Ferdinand |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 20 aprel 1839[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 10 oktyabr 1914[1][3][…] (75 yaşında) |
Vəfat yeri |
|
Dəfn yeri |
|
Fəaliyyəti | hərbi qulluqçu, rəsm kolleksioneri[d] |
Həyat yoldaşı |
|
Dini | katolisizm |
Rütbəsi | general-feldmarşal |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
20 aprel 1866-cı ildə Moldova-Valaxiya birliyinin idarəsinə gətirildi. 1877-1878 Osmanlı-Rusiya müharibəsinin ardından müstəqillik qazandı və 15 mart 1881-ci ildə özünü kral etdi. Beləliklə, həm Rumıniya krallığının, həm də 1947-ci ilədək bu krallığı idarə edən Hohensollern-Ziqmaringen sülaləsinin əsası qoyuldu.
Səltənəti boyunca ordu komandanı kimi də xidmət edən I Karol 1913-cü ildə cənubi Dobrucanı ələ keçirdi. 1883-cü ildə Avstriya-Macarıstan ilə gizli ittifaq bağlasa da, Birinci Dünya Müharibəsinin başlamasının ardından bitərəf qaldı. Ancaq çox keçmədən I Karolun ölümündən sonra 1916-cı ildə Antanta birliyinə qatıldı.
15 noyabr 1869-cu ildə Silva Karmen adıyla əsərlər yazan yazıçı Noyvidli Yelizaveta ilə evləndi və cütlüyün yalnız 4 yaşında vəfat edən Mariya adlı bir qızı dünyaya gəldi. Bu səbəblə səltənəti boyunca qardaşı Leopoldu, onun və oğlu Vilyamın taxt hüququndan imtina etmələrinin ardından isə qardaşının ən kiçik oğlu Ferdinandı vəliəhd elan etdi.