I Ferdinand (rum. Ferdinand Viktor Albert Meinrad von Hohenzollern-Sigmaringen; 24 avqust 1865[1][2][…], Ziqmaringen[4] – 20 iyul 1927[1][3][…], Sinaya[d][4]) — II Rumıniya kralı. Birləşdirici (rum. Întregitorul) ünvanıyla tanınır.
I Ferdinand | |
---|---|
rum. Ferdinand I rum. Ferdinand I al României | |
10 oktyabr 1914 – 20 iyul 1927 | |
Əvvəlki | I Karol |
Sonrakı | I Mixail |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 24 avqust 1865[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 20 iyul 1927[1][3][…] (61 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri |
|
Təhsili | |
Fəaliyyəti | monarx |
Həyat yoldaşı |
|
Uşaqları | |
Dini | Roma-Katolik kilsəsi |
Rütbəsi | general |
Vikianbarda əlaqəli mediafayllar |
Atası Hohensollern şahzadəsi Leopold, anası isə Portuqaliya kraliçası II Mariyanın qızı İnfanta Antoniya idi. Ailəsi Prussiya monarx ailəsi olan Hohensollern sülaləsinin katolik qoluna mənsub idi.
1880-ci ildə atasının, 1886-cı ildə isə böyük qardaşı Vilyamın imtina etməsinin ardından Ferdinand Rumıniya taxt-tacının vəliəhdi elan olundu. Belə ki, əmisi I Karol Rumıniya kralı idi və varisi yox idi. Vəliəhd elan edilməsinin ardından Rumıniyada yaşamağa başlayan Ferdinand hərbi karyerasına davam etdi. Qısa zamanda general-leytenant rütbəsinə yüksəldi. 1893-cü ildə həm kraliça Viktoriyanın, həm də II Aleksandrın nəvəsi olan Mariya ilə evləndirildi.
Əmisinin ölümünün ardından 10 oktyabr 1914-cü ildə Rumıniya taxt-tacına sahibləndi. Birinci Dünya Müharibəsi illərində ölkəni idarə edən I Ferdinand İttifaq dövlətlərinə qarşı Antanta birliyini dəstəklədi. Bu isə Almaniya imperatoru II Vilhelmin soyadından Hohensollern adını çıxarmasına səbəb oldu. Müharibənin sonunda I Ferdinand Bessarabiya, Transilvaniya və Bukovina bölgələrini ölkəyə birləşdirdi və 1922-ci ildə keçirilən təntənəli mərasimdə Böyük Rumıniya kralı kimi tac taxdı.
Ancaq 1925-ci ildə böyük oğlu və vəliəhdi Karolun taxtdan imtina edərək Birləşmiş Krallığa qaçması ilə ailə arasında vərasət problemi yarandı. Belə ki, taxt sırasındakı növbəti namizəd qaçan vəliəhdin 4 yaşlı oğlu Mixail idi. 1927-ci ildə I Ferdinand xərçəng xəstəliyi səbəbilə vəfat etdi və yerinə 3 nəfərlik bir komissiyanın nəzarət etdiyi 6 yaşlı nəvəsi I Mixail taxta çıxarıldı.
10 yanvar 1893-cü ildə Ziqmaringendə həm kraliça Viktoriyanın, həm də II Aleksandrın nəvəsi olan Edinburqlu Mariya ilə evləndirildi və cütlüyün bu nigahdan 6 övladı dünyaya gəldi. Bunlardna ən kiçiyi isə yetkinlik yaşına çatmadı.