I Mitridat (Parfiya çarı)

I Mitridat (e.ə. 195e.ə. 132) — Arşakilər sülaləsindən Parfiya çarı (195138).

I Mitridat
yun. Mιθριδάτης
195 – 138
ƏvvəlkiI Fərhad
SonrakıII Fərhad
Şəxsi məlumatlar
Doğum tarixi e.ə. 195
Doğum yeri Parfiya
Vəfat tarixi e.ə. 132
Fəaliyyəti suveren[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Parfiya dövlətinin qüdrətinin əsl təmsilçisi olan I Mitridatın (e.ə.171-138-ci illər) hakimiyyəti nəhayət yunan mühasirəsini dağıdaraq bu dövləti yetərincə gücləndirdi. Mitridat tez bir zamanda Ekbatanı ələ keçirdi, Midiyanı özünə tabe etdirdi [1], bundan sonra növbə Elimaidlərə yetişdi. Nəhayət, e.ə. 141-ci ildə onun ordusu Babil və Sələvkiyaya yeridi. Məhz Mitridat dövlət rəmzi kimi öz sikkələrini çıxarmağa başladı və həmin pullarda Parfiyanın daim yüksəlməkdə olan qüdrəti əks olunurdu. İlk buraxılışlarda və II əsrin sikkələrində yalnız padşahın adı həkk olunurdusa, sonralar tədricən buraya onun ləqəbi və nəhayət “Böyük Şah” adı əlavə edildi.[2]

Böyük padşahın hakimiyyətinin son dövrlərində artıq Sələvkilər onun səltənətini təhdid etməyə başlamışdılar. Yunan-Baktriya hökuməti isə köçəri Avrasiya qəbilələrinin təzyiqi altında dağılmışdı.

Mitridat və onun varisləri tərəfindən yaradılan geniş imperiya çoxlu ölkələri, orada yaşayan çeşidli etnoslari təmsil edən insanları birləşdirirdi. Onların hamısı müxtəlif sosial təbəqələrə aid olmaqla yanaşı, öz münasibətlərini mərkəzi hakimiyyətlə rəngarəng şəkildə qururdular. Bununla belə, hakim etnos sayılan parfiyalıların ictimai qurumları onlarla qonşu olan Mərkəzi Asiya köçəri tayfalarının – saklar, yuejelər, toxarlar, asianlarsarauklardan o qədər də fərqlənmirdi. Sözügedən xalqlar parfiyalılarla qohum idilər və onların həyat tərzi bir-birinə bənzəyirdi. Onlar Əhəmənilər və Sələvkilərin mərkəzləşmiş dövlətlərinə daxil olmazdan bir neçə yüz il qabaq yaxın sosial düzənə malik idilər. Üstəlik, Parfiya həmin imperiyaların tərkibində bir qədər mərkəzdən uzaq bölgə sayılırdı, eyni zamanda ümumi təsərrüfat və mədəni həyat sisteminə zəif inteqrasiya olunmuşdu. Bundan başqa, təbii coğrafiya və iqlim şəraiti baxımından bu ölkə Avrasiya çöl məhtəqələrinin ayrılmaz hissəsi sayılırdı, belə ki, Soqdiana, Xarəzm və Sincanın məhsuldar əkin torpaqlarını əhatə edirdi. Təbiidir ki, parfiyalılar öz çoxmillətli imperiyasını yaradandan sonra onu idarə etmək üçün ictimai ümumyaşayış qaydalarını, təsərrüfat və hərbi təşkilat sistemini buna uyğun tənzimləyib saxlayırdılar. Onlar eyni zamanda, Yaksartın o biri tərəfində olan köçəri qardaşlarından müəyyən şeylər öyrənərək bunları öz həyat tərzləri ilə uzlaşdırmağa çalışırdılar.

Bu dövrdə Qədim İranın bir çox bölgələri – Midiya, Persiya, Kərman və Areya Parfiya şahlarının hakimiyyətinə tabe idi. Həmin ərazilərdə bir neçə əsr ərzində Əhəmənilərin imperiya planı uğurla həyata keçirilmişdi. Ona görə bu bölgənin əhalisi Əhəmənilərdən böyük dövlətçilik və hakimiyyət ənənələrini öyrənib davam etdirirdilər. Parfiya səltənətinin ərazisində sami dilinə mənsub və ellinizmin şəhər mədəniyyətinə aid olan əhali ayrıca anklav şəklində yerləşmişdi. On illər boyunca Yunanıstan-Makedoniya tərəfindən Şərqə qarşı yeridilən müstəmləkəçilik siyasəti bölgədə çoxlu iqtisadi və siyasi imtiyazlara malik böyük və ya kiçik yunan-makedoniya zolaqlarının yaranmasına səbəb olmuşdu. Roma imperiyası bir qayda olaraq Şərqə və xüsusilə İran dövlətlərinə qarşı ekspansiya və işğalçılıq siyasəti yeridirdi.[3] Ellinizm müstəmləkəçiləri yunan-makedoniya rejimlərinin iflasını narahatlıqla qəbul etdilər, onlar sonralar ellinizm hökmranlığını Şərqdə bərpa etmək məqsədilə Sələvkilərin və Roma imperiyası qoşunlarının bölgəyə hücümuna havadarlıq edirdilər. Belə bir şəraitdə I Mitridatın canişinləri Parfiya səltənətini genişləndirmək ideologiyasını həyata keçirməyə başladılar. Bu baxımdan çoxsaylı və müxtəlif xalqlardan təşkil edilmiş imperiyanı effektli surətdə idarə etmək üçün daha yetərli dövlət aparatı qurmaq lazım gəlirdi. Parfiya padşahları müxtəlif qəbilələrdən təşkil olunmuş şəhər və kənd icmalarını idarə etməkdən ötəri yeni dövlət aparatında daxili siyasət sistemini sinkretik təcrübi bazaya uyğun qurmalı oldular, belə ki, müxtəlif doktrin və təcrübələrdən, hətta geosiyasi baxımdan özlərinə düşmən saydıqları ellinizm mədəniyyətindən faydalanaraq, mürəkkəb bir idarəçilik düzəni qurdular. Arşakilər (Əşkanilər) tədricən öz hakimiyyətini İranın bütün tarixi torpaqlarında təsbitləşdirərək, bölgənin idarə edilməsində sınanmış modellərə üz tutdular və bir növ Əhəmənilərin böyük dövlətçilik planını yenidən dirçəltməyə cəhd göstərdilər. Qeyd edək ki, burada söhbət heç də qədim fars dövlətinin hərfi mənada bərpasından getmir. Arşakilərin nəzərincə, qədim dövlətçilik ənənələrindən alınan çoxlu uğurlu elementlər ölkəni həm hərbi-siyasi və həm də sosial-iqtisadi cəhətdən birləşdirmək üçün önəmli sayılırdı. Bu mənada parfiyalıların məhdud bir müstəvidə iqtibas yolu ilə irəli sürdükləri yeni idarəetmə modeli həm Əhəmənilər ənənəsini rəsmi adət şəklinə salmaq cəhdindən, həm də Sasanilərin seçdiyi təqlid metodundan ciddi şəkildə fərqlənirdi.

Parfiya padşahı inanc baxımından hələ həyatda olarkən ilahiləşirdi. Rəsmi ilahiləşdirmə mərasimi adətən tacqoyma zamanı həyata keçirilirdi və həmin vaxt Asaak (Astauen) şəhərində əbədi od yandırılırdı. Arşak dövlətinin banisi ilk dəfə burada tacqoyma mərasimi keçirmişdi. Dini baxımdan Parfiya padşahı ilahi Fafna səltənətinin, ilahi substansiya və xarizmanın daşıyıcısı sayılırdı. Onun səltənəti xoşbəxtlik, güc, İranşəhri və bütün dünyanı idarə etməyə gizli mənəvi haqq verirdi.[4] Pliniyin məlumatına görə, Parfiya dövləti inzibati planda 18 “səltənətdən” ibarət idi. Onlardan bir qismi yarımüstəqil hakimlər tərəfindən idarə olunurdu, hansılar ki, hətta öz sikkələrini belə buraxırdı. Midiya kimi mühüm və böyük bölgələr isə padşahın qohumları və qardaşları tərəfindən idarə edilirdi.[5]

Hökmranlığı

[redaktə | mənbəni redaktə et]
  1. "Марк Юниан Юстин. Эпитома сочинения Помпея Трога «История Филиппа». Книга XLI, 6 (6—7)". 2015-11-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-15.
  2. Wroth W. Catalogue of the Coins of Parthia. – London, 1903. –p. XX1X.
  3. Yusif Ysifov. Qədim Şərq tarixi. BDU. 1993. s. 404-406.
  4. Farna ( Firdövsinin “ ġahnaməsin”də Farra kimi gedir) haqqında bax: Bailey H. W. Zoroastrien Problems in Ninth Century Books, 11 ed. – Oxford, 1971., Litvinskij B. A. Das K*ang-chu_ Sarmatiche Farnah|| Central Asiatic journal. International Periodical for the Languages, Literature, History and Archaeology of Central Asia, Wisbaden. – 1972. –Vol. 16. - №4; - Vol. 20. - № 1-2.
  5. Yustin və Strabonun əsərlərinə görə, e.ə. 77-ci ildə tamamlanan qədim dövrün ən məşhur ensiklopedisti Plininin “Təbii tarix” kitabında bütün dünya tarixini Ģərh etmək cəhdi vardır. Bizim araĢdırma ilə bağlı kitab boyu pərakəndə halda Parfiya səltənətinə daxil olan xalqlar və ölkələr haqqında verilən məlumatlar daha çox diqqəti cəlb edur. Bunlar ardıcıl şəkildə 3-4- cü kitablarda əks olunub. Plininin əsərinin daha bir əhəmiyyəti ondan ibarətdir ki, indiki dövrə gəlib çatmayan əsərlərdən çoxlu iqtibaslar edilib.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]