I Pyotr (Bolqarıstan çarı)

Pyotr (bolq. Петър I; 910-cu illər, Preslavtəq. 30 yanvar 970 və ya 969, Konstantinopol) — Birinci Bulqar dövlətinin imperatoru, I Simeonun ikinci oğlu idi.

I Pyotr
bolq. Петър I
İmperator Pyotrun ölümü
İmperator Pyotrun ölümü
927 – 969
ƏvvəlkiI Simeon
SonrakıII Boris
Şəxsi məlumatlar
Doğum tarixi 910-cu illər
Doğum yeri
Vəfat tarixi
Vəfat yeri
Fəaliyyəti monarx
Atası I Simeon
Anası Mariya Sursuvul
Həyat yoldaşı İrene Lekapene
Uşaqları II Boris
Roman
Dini Xristian
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Pyotr 27 may 927-ci ildə taxta çıxıb. Elə həmin il də Bizansa hücuma başlamışdı. İmperator I Roman sülhə gedərək nəvəsi Mariya ilə Pyotrun evlənməsinə nail olmuşdu. Mariyanın adı bu vaxt "sülh" mənasına gələn İrene ilə dəyişdirildi. İmperator çara vergi verməyə davam etdi.[1]

Pyotr hakimiyyətə gələn kimi qardaşı Mixail ilə hesablaşmalı oldu. Lakin Mixail tezliklə vəfat etdi. İvanın üsyanı da nəticə vermədi. Ən kiçik qardaşı Bayan isə zərərsiz idi. Lakin 933-cü ildə Serbiya knyazı Çaslav Klonimiroviç həbsdən qaçaraq üsyana başlamışdı.[2]

Daxili siyasət

[redaktə | mənbəni redaktə et]

Pyotrun hakimiyyəti əsasən sakit, sülh içində keçmişdir. Kilsəyə həddindən çox yardım etməsi din adamları tərəfindən rüşvət kimi görülməyə başlanmışdı.

Bizansla münasibətlər

[redaktə | mənbəni redaktə et]

İrene Lekapenenin ölümü Bizansla əlaqələrin yenidən soyumasına təkan verdi. 966-cı ildə II Nikifor xərac verməkdən imtina edərək Kiyevli I Svyatoslavı bulqarların üzərinə göndərmək barədə həvəsləndirdi. I Svyatoslav 2 ilə 60.000 əsgərlə Bolqarıstanın 80 qalasını işğal etmişdi. Müttəfiqinin qalibiyyətlərindən şübhələnərək qorxan imperator Pyotr ilə sülhə tələsdi və bu dəfə Peçeneqləri Kiyevin üstünə saldı.

969-cu ildə I Svyatoslavın növbəti hücumu ilə ağır məğlubiyyət yaşayan Pyotr, taxtdan əl çəkərək keşiş həyatına başladı. 30 yanvar, 970-ci ildə də vəfat etdi.

O atasına nisbətən zəif hökmdar olaraq yadda qaldı. Onun dövründə Boqomilçilik vüsət aldı.

Mariya ilə 8 noyabr 927-ci ildə evlənmiş, iki oğlu olmuşdu:

  1. John V.A. Fine, Jr., The Early Medieval Balkans, Ann Arbor, 1983.
  2. Runciman, A history of the First Bulgarian Empire, s. 185