I Simon (gürc. სიმონ I) və ya Svimon (gürc. სვიმონი) — fasilələr ilə 1556-1569 və 1578-1599 arasında hökm sürən Kartli çarı idi. 1569-cu ildə Səfəvilər tərəfindən əsir alındı və doqquz il həbsdə qaldı. 1578-ci ildə sərbəst buraxılaraq Səfəvilərin müttəfiqi kimi Kartliyə geri qayıtdı və Osmanlılara qarşı mübarizəyə başladı.[1] [2] 1599-cu ildə Osmanlılar tərəfindən əsir alındı və əsirlikdə öldü. [2][1]
I Simon | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1537 |
Vəfat tarixi | 1611 |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | monarx |
Ailəsi | Baqrationi |
Dini | Gürcü Ortodoks Kilsəsi |
Rütbəsi | general |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
1556-cı ildə Səfəvilərə qarşı Qarisi döyüşündə atasının ordusuna komandanlıq etmişdi. Döyüşdən əvvəl atası I Luarsab tərəfindən hakimiyyətin varis elan edildi. I Simon döyüşdə qalib gəlsə də, atası ağır yaralardan vəfat etmişdir. Kartlinin paytaxtı Tiflis Səfəvilərin əlində olduğu üçün Simonun iqamətgahı Qoridə yerləşirdi. I Simon 1559-cu ildə başqa bir Gürcüstan hökmdarı olan Kaxeti çarı I Levan ilə müttəfiqlik əlaqələri qurdu. 1560-cı ildən başlayaraq Simon Tiflisi Səfəvilərdən geri almaq üçün cəhdlərə başladı. 1561-ci ilin aprelində baş vermiş Çixedidi döyüşündə məğlub oldu. Bu dövrdə qardaşı David Səfəvi şahı I Təhmasibə təslim oldu və İslamı qəbul etdi. David hakimiyyəti ələ keçirmək üçün Səfəvi ordusu ilə birlikdə Gürcüstana geri döndü. I Simon Diğomi (1567) ve Samadlo (1569) döyüşlərində qardaşı Davidin üzərində qələbə çaldı. Ancaq 1569-u ildə Parçixi döyüşündə əsir alındı və Ələmut qalasında həbs edildi.[3][4]
1578-ci ildə Səfəvilərlə Osmanlılar arasındakı sülh münasibətləri pozuldu. Osmanlı paşası Lalə Mustafa paşa Səfəviləri Gürcüstandan geri çəkilməyə məcbur etdi.[2] Bu dövrdə I Simon Səfəvilər ilə müttəfiqliyi qəbul etdiyi və həmçinin islamı qəbul etdiyi üçün həbsdən çıxarıldı. I Simona Əliqulu xanın rəhbərliyi altında Tiflisə yürüş etmək üçün top və 5.000 qızılbaş əsgəri verildi. 1579-cu ilədək Osmanlı qoşunları Kartlinin böyük hissəsindən çıxarıldı və Tiflis qızılbaşlar tərəfindən mühasirəyə alındı. 1580-ci ildə Osmanlı ordusu tamamilə Kartlidən çıxarıldı. Həmçinin 1582-ci ildə Muxrani döyüşündə Osmanlı ordusunu məğlub edildi.[5]
I Simon 1588-1590-cı illərdə İmereti çarlığındakı hakimiyyət mübarizələrinə qarışmağa başladı. 1588-ci ildə baş tutan Gopanto düöyüşündə İmereti çarı Levanı məğlub etdi. Lakin 1590-cı ildə Levan Obşkviti döyüşündə I Simonu məğlubiyytə uğratdı və Osmanlıların köməyi ilə İmeretiyadan qovdu.
1599-cu ildə Naxuduri kəndi yaxınlığında baş tutan döyüşdə I Simon Osmanlılar tərəfindən əsir alındı və əsirlikdə öldü.