Qarisi döyüşü — gürcülərdən təşkil edilmiş ordu bölmələri ilə Səfəvi ordusu arasında müasir Gürcüstanın Tetritsqaro məntəqəsində 1556-cı ildə baş tutmuş döyüş.
Ağaiani döyüşü | |||
---|---|---|---|
Gürcüstanda Səfəvi hakimiyyəti | |||
Tarix | 1556 | ||
Yeri | Qarisi adlanan yer (müasir Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinın Ağbulaq bələdiyyəsinin inzibati mərkəzi - Ağbulaq və ya Tetritskaro) | ||
Səbəbi | Gürcülərin Səfəvi hakimiyyətini qəbul etməmələri | ||
Nəticəsi | Gürcülərin hərbi qələbəsi, taktiki məğlubiyyəti | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
|
Hələ XVI əsrin birinci rübündə Səfəvilər Kartli və Kaxetiyanı tabe etməyə cəhd göstərmişdilər. Lakin onlar Gürcüstanın fəth olunması uğrunda ardıcıl mübarizəyə I Şah Təhmasibin dövründə başladılar. 1540–1554cü illərdə I Şah Təhmasib Gürcüstana dörd dəfə yürüş etmişdi. Farsdilli mənbələrə o, o cümlədən Həsən bəy Rumlunun məlumatına görə, I Şah Təhmasibin Gürcüstana yürüşləri 1540–1541, 1546–1547, 1551 və 1554-cü illərə təsadüf edir.[1]
Münaqişənin əsası Amasya sülh müqaviləsindən dərhal sonra qoyuldu. Beləki, bu sülh müqaviləsinə görə əsasən gürcülərdən ibarət torpaqlar bu iki imperiya arasında nüfuz dairələrinə bölünürdü. Qərb torpaqları Osmanlı imperiyasının nüfuz dairəsində olmaqla birlikdə, şərqdəki Kartli və Kaxetiya çarlıqları, habelə Samtsxe knyazlığının şərq hissəsi Səfəvi imperiyasının nüfuz dairəsinə daxil olurdu. Lakin bu müqavilə imzalanan zamana qədər artıq uzun illər idi ki, Səfəvi ordusu gürcülərin paytaxtı hesab edilən Tiflis şəhərində yerləşdirilmişdi.[2][3]
Kartlidəki hökmdar I Luarsab tabe olmaq fikrində deyildi və Amasya sülhünün şərtləri bəlli olduqdan sonra onu tanımadığını elan etdi. Tiflisdəki Qızılbaş ordunun vəziyyətini təhlükəli hala gətirən I Luarsabın əməllərinə cavab olaraq Səfəvi şahı I Təhmasib yeni bir yürüş əmri verdi. Bu yürüş I Luarsabın dövründə onun torpaqlarına edilmiş sayca V Səfəvi yürüşü idi. Yürüşə Qarabağ bəylərbəyi Şahverdi sultan Ziyadoğlu-Qacar komandanlıq edirdi.[4] Gürcü ordusuna isə I Luarsab və onun oğlu I Simon komandanlıq edirdi. İki ordu Qarisi adlanan yerdə qarşılaşdı. Döyüşün sonunda heç birtərəf tam üstünlük qazana bilməsə də, gürcü tərəfi üstün idi, lakin I Luarsab döyüşdə öldürüldü. Bu da, gürcü tərəfinə mənfi təsir etdi.[5][6]
Şahverdi Sultan Ziyad oğlu bu yürüşdən sonra iki dəfə (1557, 1560–1561) də yürüş etmiş və dağıntılar törətmişdi. Atasının ölümündən sonra I Simon isə qızılbaşların tərəfinə keçmiş qardaşı Davidin (Davud bəyin) təhriki ilə (1568–1569)-cı ildə Şamxal bəy Çərkəz tərəfindən ələ keçirilmiş və şahın gösrərişi ilə Ələmut qalasına salınmışdı.[7]