I Vilyam — Siciliyanın 2-ci kralıdır. Əslində kral olmağa hazır olmayan Vilyam özündən böyük bütün qardaşlarının ölümündən sonra məcbur taxta çıxmışdı.
I Vilyam | |
---|---|
it. Guglielmo I di Sicilia | |
Apuliya hersoqluğunun VI hersoqu | |
1149 – 1151 | |
Əvvəlki | III Rocer |
Sonrakı | IV Rocer |
Taranto knyazlığının V knyazı | |
1138 – 1151 | |
Əvvəlki | I Tankred |
Sonrakı | Simon Hoytvill (II) |
Siciliya krallığının II kralı | |
26 fevral, 1154 – 7 may, 1166 | |
Əvvəlki | II Rocer |
Sonrakı | II Vilyam |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri |
|
Vəfat tarixi | |
Vəfat yeri |
|
Vəfat səbəbi | dizenteriya |
Dəfn yeri | Palermo |
Fəaliyyəti | suveren[d] |
Atası | II Rocer |
Anası | Elvira Jimenez |
Həyat yoldaşı | Mariya Jimenez |
Elmi fəaliyyəti | |
Elm sahəsi | Dövlət idarəetməsi[1], siyasət[1] |
Vikianbarda əlaqəli mediafayllar |
1155-ci ildə Bizans ordusunun Bari, Taranto, Ciovinazzonu ələ keçirməsi və Brindizini mühasirəyə alması xəbərləri gələrkən Vilyam tələsik donanma ilə Brindiziyə gələrək Bizans ordusunu məğlub etdi və Barini geri aldı. 1157-ci ilin yayında cavab vermək üçün 154 gəmidən ibarət nəhəng donanmanı Evbeya və Almira adalarını qarət etməyə göndərdi. Afrikadakı torpaqlarını isə çoxdan itirmişdi. Vilyamın siyasətindən xoşlanmayan əyanlar onu taxtan qovmaq barədə fikirləşməyə başladılar.
Əyanlar kralı devirmək üçün üsyana başladılar və onlara ilk kömək Taranto knyazı Simon Hoytvill (II) və Tankred (Siciliya kralı) Tankreddən gəldi. Kral həbs edildi və oğlu IV Rocer kral elan edildi, lakin hələ tac qoymağa imkan tapmamış Vilyam qaçdı və xalqın köməyi ilə üsyançıları məğlub etdi. Oğlu Roceri isə edam etdirdi.
Vilyam 7.5.1166də vəfat etdi və Palermo kafedralında dəfn edildi.
Mariya Jimenez ilə evlənmişdi. Övladları: