I Xuan Karlos

I Xuan Karlos de Burbon (isp. Juan Carlos I de Borbón y Borbón-Dos Sicilias; 5 yanvar 1938, Roma, İtaliya) — 22 noyabr 1975-ci ildən İspaniyanın kralı, 1978-ci il konstitusiyasına görə ispan dövlətinin rəhbəri və ölkənin hərbi qüvvələrinin ali baş komandanı. General-kapitan (1975). İspaniya diktatoru Fransisko Frankonun 1969-cu ildə Xuan Karlosu öz varisi elan etməsinə əsasən, onun ölümündən 2 gün sonra hakimiyyətə gəlmişdir.

I Xuan Karlos
Juan Carlos I
I Xuan Karlos I (5 may 2009)
I Xuan Karlos I (5 may 2009)
bayraq
İspaniyanın 17-ci kralı
ƏvvəlkiAlehandro Rodrigez de Valkarsel (müvəqqəti dövlət başçısı)
XIII Alfonso (İspaniya kralı) (İspaniya kralı kimi)
SonrakıVI Flipp
Şəxsi məlumatlar
Doğum tarixi (86 yaş)
Doğum yeri Roma, İtaliya
Fəaliyyəti monarx, əsilzadə
Atası Barselona qrafı Xuan
Anası Burbon-İki Siciliya şahzadəsi Mariya de las Mersedes
Həyat yoldaşı Danimarkalı Sofiya
Uşaqları 1. Luqo hersoginyası Yelena
2. Palma-de-Mayorka hersoginyası Kristina
3. VI Flipp
Dini Roma-Katolik kilsəsi
Hərbi xidmət
Rəhbərlik edib
Rütbəsi general-kapitan[d]

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kral Xuan Karlos İspaniyanın diktaturadan parlamentli monarxiyaya keçid prosesini uğurla icra etmişdir.

14 may 1962-ci ildə Yunanıstan və Danimarka şahzadəsi Sofiya ilə ailə quran Xuan Karlosun 2 qızı, 1 oğlu və 8 nəvəsi var.

2 iyun 2014-cü ildə taxt-tacdan əl çəkdiyini bəyan etmişdir. Yerinə oğlu - Asturiya knyazı Felipe keçdi.[1]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. "Spain's King Juan Carlos to abdicate throne". 2016-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-06-02.