VI Flipp Burbon (30 yanvar 1968[4][5][…], Madrid[6]) - 19 iyun 2014-ci ildən İspaniya kralı, I Xuan Karlosun oğlu.
VI Flipp | |
---|---|
isp. Felipe VI | |
| |
Asturiya şahzadəsi[d] | |
22 yanvar 1977 – 17 iyun 2014 | |
Vəzifədədir | |
19 iyun 2014-cü ildən | |
Şəxsi məlumatlar | |
Doğum adı | Felipe Juan Pablo Alfonso de Todos los Santos de Borbón y Grecia |
Doğum tarixi | |
Doğum yeri | Madrid, İspaniya |
Təhsili |
|
Fəaliyyəti | suveren[d] |
Atası | I Xuan Karlos[3] |
Həyat yoldaşları | Letisiya Ortiz Rocasolano (2004–present) |
Uşaqları |
Leonor, Asturiyanın şahzadəsi Infanta Sofía |
Dini | katolisizm |
Hərbi xidmət | |
Mənsubiyyəti | İspaniya |
Qoşun növü | İspaniya Quru Qoşunları |
Rəhbərlik edib | |
Rütbəsi | general-kapitan[d] |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
VI Flipp 1968-ci ilin 30 yanvarında Madriddə anadan olmuşdur. 2014-cü ilin 19 iyununda atası Xuan Karlosun taxtdan oğlunun xeyrinə əl çəkməsindən sonra İspan kralı olmuşdur. İspan Burbonları sülaləsindəndir.
Flipp Madriddə doğuldu[7], ailənin üçüncü uşağı idi, İnfante Xuan Karlosun və Yunanıstanın və Danimarka şahzadəsi Sofiyanın tək oğlu idi. Onun Xaç suyuna salınma zamanı tam adı belə olmuşdur: Flipp Xuan Pablo Alfonso de Todos Los Santus. Bu adın mənası İspaniyanın birinci Burbon Kralı V Flippin, atası Xuan Karlosun, ana babası Yunanıstan və Danimarkanın kralı Kral Paul və de Todos Los Santusuna - "Bütün Müqəddəslər" hissələrindən ibarətdir. O, doğulan zaman atası kral deyildi, lakin o şahzadə kimi hazırlandı. Onun 8 yaşı olan zaman İspaniyanı idarə edən General Fransisko Franko öldürüldü. Bununla da onun atası taxt-taca yiyələndi. 1975-ci ilin 9 noyabr ayında atasının rəsmi kral kimi elan olunan zaman Flippdə onun yanında dayandı [8]. Flipp atasından 1981-ci ildə "Qızıl Qoyun Yunu Yaxalığı"nı aldı. 1986-cı ildə Flipp Konstitutsiyaya və İspan parlamentinə sədaqət andı içdi, bununla da qanuni olaraq varis elan olundu.
Flipp Los Rosales de Santa Mariya məktəbində, Kanada da Lakefield Kollecində çıxışlar etmişdr. Flipp Madrid Universitetinin Hüquq faküləsini bitirmişdir. Bundan başqa İqtisadiyyata aid nir necə kursu da bitirmişdir. Daha sonra Corctaun Universitetində Diplomatik Münasibətlər sahəsində akademik fəaliyyət sürdürmüşdür. Orada onun dayısıoğlu, Yunanıstanın varis şahzadəsi Pavlos otaq yoldaşı idi[9]. Onun vəliəhdliyi təsdiq olunan kimi o, bütün İspaniyanı səyahətə çıxdı. İspaniyanın bütün muxtar qurumlarında görüşlər keçirdi. Buna Valensiyadan başladı. Öz postuyla əlaqəli borcuyla əlaqədar, öz sülaləsinin nümayəndələri ilə daimə əlaqədədir. İspan qaydalarına görə vəliəhd hərbi qaydalarıda bilməlidir. Bu sahədə atasında geri qalan Flipp tezliklə hərbi təyyarə sürücülüyünü öyrəndi. Bir sıra hərbi təlimlərdə iştirak etdi və təcrübəli hərbiçilərə başçılıq etdi.
Flipp Avropaya və Latın Amerikasına çoxlu səfərlər etmişdir. Həmçinni Ərəb dünyasında, Uzaq Şərqdə və Okeaniya ölkələrində baş verənlərlə xüsusi maraqlanmışdır. 1996-cı ildən Latın Amerikası ölkələrinin bütün prezidentlərin inaqurasiya mərasimlərində iştirak etmişdir (Kubadan başqa). Yenə də Kubadan başqa bütün Latın Amerikası ölkələrinə rəsmi səfərlər etdi. O, tez-tez İspaniyanı iqtisadi və ticarət konfranslarında təmsil edir. 2004-cü il 11 mart Madriddə qatarın bombalanması zamanı, Flipp iki qızı ilə birlikdə əhali arasına gəlmiş və hadisəylə yerindəcə maraqlanmışdı. VI Flipp 1992-ci il Olimpiya oyunlarında idmançı kimi iştirak etmişdir. Komanda hesabı ilə 15-ci yeri tutmuşdur. Onun həmçinin anası və dayısı 1960-cə il Olimpiya oyunlarında Yunan komandasında avarçəkən kimi iştirak etmişdilər
VI Flipp ispan, katalan, fransız, ingilis və bir qədər də yunan dillərini bilir.
Flipp adı çox qadınla birlikdə çəkilmişdi. Onlardan ikisi məşhur idilər. İzabel Sartorius ispan zadəgan qadını idi, Flippin onunla 1989-1991-ci ildə münasibətləri olmuşdur. Lakin İzabelin anası- Visente Sartoriusun narkotik bağlılığına görə bu münasibət kral ailəsi tərəfindən uyğun görülmədi. Digər qadın isə Norveçli qadın alt paltarı modeli Yeva Sannum idi[10]. Bu münasibətədə kral ailəsi normal yanaşmadı. Nəhayət Flipp əvvəllər CNN-də işləmiş, telejurnalist Letisia Ortis ilə 2003-cü ilın 1 noyabrında nişanlandı. Cütlük 2004-cü ilin 22 nayında Almudena Kilsəsində evləndi. Onların toy mərasimi televizor ilə canlı yayınlanmışdı. Bunu 25 milyon çox insan izləmişdi.Cütlüyün iki qızı vardır- Leonor (2005-ci il, 31 oktyabr), Asturiyanın şahzadəsi, İnfanta Sofiya (2007-ci il, 29 aprel)
2014-cü ilin 2 iyununda Xuan Karlos oğlu Flippin xeyrinə taxtdan əl çəkdiyini elan etdi[11]. İspan konstitusiyasına görə bunu parlament və kortes qəbul etməli idi. 19 iyunda Flipp VI Flipp adı ilə taxta oturdu. Bununla da o, Avropanın ən gənc monarxı oldu. O, Danimarka kralı Kral Uilyam Aleksandrdan 9 ay gəncdir.
VI Flipp, kral kimi geniş səlahiyyətlərə sahibdir. O, kontitutsiyanın himayəçisidir. Güman olunur ki, hökumətin məsləhəti ilə hərəkət edəcək. O, taxta keçdiyi gün, Kortesdə çıxışı zamanı nitqində demişdi ki, "mən, dövlətin qanuni başçısıdır, kim ki itaət etmək üçün hazırdır və həmişə xalqın marağını müdafiə etməyə hazırdırsa, mənə qoşulun