Icerya purchasi

Icerya purchasi (lat. Icerya purchasi) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin yarımsərtqanadlılar dəstəsinin monophlebidae fəsiləsinin icerya cinsinə aid heyvan növü.

Icerya purchasi
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Ranqsız:
Ranqsız:
Yarımtip:
Ranqsız:
Yarımsinif:
İnfrasinif:
Ranqsız:
Dəstəüstü:
Yarımdəstə:
İnfradəstə:
Fəsiləüstü:
Fəsilə:
Cins:
Növ:
Icerya purchasi
Beynəlxalq elmi adı

Vətəni Avstraliyadır. Bundan başqa Rusiyada, Qafqazın bütün Qara dəniz sahillərində, yeni Zelandiyada, Şərqi Asiyada, Amerikada, Azərbaycanda və digər ölkələrdə də geniş yayılmışdır.

Zərərverici geniş yayılma potensialına malik olduğu üçün, digər ölkələrə asanlıqla keçmişdir. Avstraliyada ancaq akasiyada tapılmağına baxmayaraq, yeni ərazilərə düşdükdən sonra digər bitkilərdə də rast gəlinmişdir.

Məlumatlara görə özünü ciddi zərərverici kimi göstərdiyi ilk ölkə Kaliforniya olmuşdur. Keçmiş SSRİ-də 1928-ci ildə Suxumidə qeydə alınmışdır. Tədqiqatçılar tərəfindən onlara qarşı aparılan mübarizə tədbirlərinə baxmayaraq, zərərvericinin yayılmasının qarşısını almaq mümkün olmamışdır. Ədəbiyyat məlumatlarına görə, 1966-cı ildə Azərbaycanda ilk dəfə Astara rayonunda qeydə alınmışdır. 1976-cı ildə isə Abşeronun Zığ qəsəbəsində dəfnə ağacında tapılmışdır.

Qidalandığı bitkilər

[redaktə | mənbəni redaktə et]

Apardığımız tədqiqatlar nəticəsində məlum olmuşdur ki, son illər Abşeron ərazisində geniş şəkildə yayılmaqla akasiya, əncir, zeytun, ərik və s. meyvə ağaclarını güclü yoluxdurur. Həmçinin meyvə ağacları ilə yanaşı sitrus bitkilərinə də ciddi zərər verir. Ədəbiyyat məlumatlarına əsasən, 52 növ bitkidə qeyd olunmuşdur. İ.D Batiaşvilinin məlumatına görə isə 200-ə yaxın bitki növü bu zərərverici ilə yoluxur. Azərbaycan ərazisində limon, mandarin, apelsin, tut, zeytun ağaclarını yoluxdurur.

Abşeronun Novxanı qəsəbəsindəki həyətyanı sahələrdə, iyun-iyul aylarında aparılan müşahidələr zamanı toplanan materialı laboratoriyada mikroskop vasitəsilə izlədikdə aşkar edilmişdir ki, yetkin dişi fərdi olduqca aqressiv hərəkətlidir. Qidalanmaq üçün uyğun yer tapana qədər gövdə üzərində uzun məsafələr qət edir. Bədəninin ümumi uzunluğu 3–7 mm-dir. İlk günlər qırmızımtıl-narıncı rəngdə olur. Daha sonra isə baş, döş və qarıncıq hissədə tünd ləkələr əmələ gətirir. Yaxşı inkişaf etmiş tünd rəngli bığcıqlara və ayaqlara malikdir. Xortumun köməyi ilə bir yerdən qoparaq digər yerə hərəkət edə bilir. Bədənin sonunda, bel hissədə, anal dəlik yerləşir ki, ordan da mumabənzər ifrazat xaric olunur. Güclü yoluxma zamanı bitkinin hər tərəfi bu ifrazatla örtülür ki, bu da bitkinin inkişfını ləngidir. Dişi fərdin bitkiyə yapışmasından sonra qarıncıq hissəsindən xüsusi maddə ifraz olunmağa başlayır. Bu isə öz növbəsində yumurta kisəsini əmələ gətirir. Yumurta kisəsinin üzəri şırımlıdır. Sürfələr yumurta kisəsinin aşağı hissəsindəki oval dəlikdən xaricə çıxırlar. Birinci yaş sürfələr oval formada olurlar. Rəngi qırmızımtıl-narıncıdır. Ön tərəfdə başın yanlarında altı buğumdan ibarət uzun bığcıqlar yerləşir. Birinci buğum qısa və enlidir, altıncı buğum isə çox uzundur və qalınlaşaraq sancağı xatırladır. Bığcıqların üzəri xırda tünd tükcüklərlə örtülüdür. Yalnız altıncı buğumun uc hissəsində dörd ədəd uzun, xüsusi tükcük vardır. Bu tükcüklər sürfənin hərəkət etməsinə kömək edir. Sürfələr bitkiyə xortumun köməyilə yapışırlar. Sürfələrin inkişaf müddəti ilin fəslindən, günün temperaturundan, hansı bitki ilə qidalanmasından və s. asılı olaraq dəyişir. Birinci yaş sürfələr 10 gün müddətində ac qala bilirlər. Yumurtaların miqdarı da müxtəlif amillərin təsirindən çox və ya az olur. İkinci yaş sürfələr qabıqdan çıxdıqdan sonra hərəkət edərək qabıqdan kənarda bitki üzərinə yapışırlar. Parlaq qırmızı rəngdədirlər. Ayaqlar və bığcıqlar isə tünd qəhvəyi rəngdədir. Qarın hissə nisbətən parlaqdır. Bədəninin uzunluğu 2 mm-dir. Bığcıqlar altı buğumludur. Birinci yaş sürfələrdə olduğu kimi altıncı buğumun uc hissəsində 4 ədəd uzun tükcük vardır. Lakin ikinci yaş sürfələrdə bu tükcüklər birinci yaş sürfələrinkinə nisbətən qısadır. Gözlər və ayaqlar birinci yaş sürfələrdə olduğu kimidir. Qarıncığın sonunda altı çıxıntı vardır. İkinci yaş sürfələrin inkişaf müddəti iki-üç həftə davam edir. Üçüncü yaş sürfələr qabıqdan çıxdıqdan bir müddət sonra yenidən bitkiyə yapışırlar. Bu mərhələnin sürfələri yarpaqları tərk edərək budaqlara keçirlər. Sürfələrin bədəni oval formadadır, bel hissəsi qabarıqdır. Bədənin üzəri xırda tükcüklərlə örtülməsinə baxmayaraq, çoxlu sayda dəliklərə malikdir ki, ordan da xüsusi maddə ifraz olunur. Kənarlarındakı dəliklərdən isə mumabənzər saplar çıxır. Əvvəlki yaş mərhələlərindən fərqli olaraq bığcıqlar doqquzbuğumludur, uclara doğru getdikcə nazikləşirlər. Sonuncu buğumdakı dörd tükcük qısadır. Ayaqları daha qısa və enlidir. Bədənin digər hissələri isə əvvəlki yaş mərhələlərində olduğu kimidir. Bitkiyə yapışandan sonra sürfələrin üzəri mumla örtülür və bu mərhələ üç-yeddi həftə davam edir. Müşahidələrə əsasən söyləmək olar ki, erkək fərdin üçüncü yaş sürfəsi (nimfa), asanlıqla dişi fərdin üçüncü yaş sürfələrindən seçilir. Döş hissə qarıncıq hissədən ayrılmışdır. Bədənin rəngi narıncı və ya qırmızıdır. Ağız aparatı yoxdur. Bədənin üzəri qəhvəyi tükcüklərlə örtülmüşdür. Bığcıqlar doqquzbuğumludur, uclara doğru getdikcə nazikləşir. Sonuncu buğum ən uzun olan buğumdur. Nimfa, qabıqdan çıxdıqdan sonra çox aktiv olur, hərəkət edərək özünə gizli yer tapır və inkişaf edir. Sonra iki-üç həftə davam edən pup mərhələsinə keçir. Pup ölçüsünə və formasına görə, nimfaya oxşayır.

Yetkin erkək narıncı rəngdədir, bir cüt tünd qanadlara malikdir. Bədənin uzunluğu 3 mm-dir. Ağız aparatı yoxdur. Bığcıqları on buğumludur. Birinci buğumdan başqa buğumların hamısı uzundur, nazikdir və iki cüt tükcüklə əhatə olunub. Yetkin erkəyin ömrü çox qısadır. Onların uçuşu adətən axşamlar baş verir.

Ədəbiyyat məlumatlarına görə, MDB ölkələrində üçüncü yaş sürfə mərhələsində qışlayır. Abşeronda isə ikinci və üçüncü yaş sürfə mərhələsində qışladığı müşahidə olunmuşdur. İnkişafı havanın temperaturundan və nəmişliyindən çox asılıdır.

Əvvəlki illərdə aparılmış tədqiqatlara əsasən müəyyən olunmuşdur ki, Fələstində il ərzində üç-dörd nəsildə inkişaf edir, Abxaziyada isə iki tam və bir fakültətiv nəsil verir. Abşeron şəraitində də həmçinin il ərzində iki tam və bir fakültətiv nəsildə inkişaf etdiyi qeyd olunmuşdur. Müşahidələr nəticəsində müəyyən edilmişdir ki, Abşeron bölgəsində il ərzində iki nəsildə inkişaf edir.