Ichthyaetus audouinii (lat. Ichthyaetus audouinii) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin qağayılar fəsiləsinin ichthyaetus cinsinə aid heyvan növü. Adını Fransız təbiətşünas Jean Victoire Audouindən almışdır.
Ichthyaetus audouinii | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Sinif: İnfrasinif: Klad: Klad: Dəstə: Yarımdəstə: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Ichthyaetus audouinii |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
||||||||
|
Audoin qağayısı IUCN 2004 Qırmızı Siyahısında NT (Near threatened: Hal-hazırda təhlükədə olmayan lakin yaxın gələcəkdə VU, EN və ya CR kateqoriyasına girməyə namizəd olan növ) olaraq təsnif edilmişdir.
Tipik qağayı rəngi olan qara, ağ və boz rəngləri daşıyan ada martısının ən fərqləndirici xüsusiyyəti tünd rəng gözləri və qan qırmızı dimdiyidir. Başı və gövdəsi ağ, qanadları boz və quyruğu qaradır. Bu qağayı növü sarı qıçlı qağayıya (Larus michahellis) bənzər amma qara qıçları ilə fərqlənir. Balaları qəhvəyi tərs olar, yaşları irəlilədikcə ağa dönür.
Qayalıq sahillərdə və ya kiçik adalarda koloniya halında və ya tək görülürlər, yerə etdikləri yuvalarına 2-3 yumurtanı qoyarlar. Digər qohumlarının əksinə, okeanlar yerinə sahillərə yaxın yaşamağı seçərlər.
Mart sonu ilə Aprel başında artıma yerlərinə gələrək koloniyalar əmələ gətirirlər. Hər cüt sədaqətlə eyni koloniyaları geri dönər amma yuva edilən yerlər bir əvvəlki ilin müvəffəqiyyət vəziyyətinə görə dəyişə bilər. Aprel sonu May əvvəllərində 2-3 dənə yumurta edərlər və dişilər 3 həftə boyunca kürtə yatar. Balalar böyüyüb uçmağa başlayınca İyun ortası qışlama yerlərinə dönərlər.
Həyat sahəsi Aralıq dənizi ilə məhdud olan tək qağayı növüdür. Başlıca həyat sahələri İspaniya, Əlcazair, Yunanıstan və İtaliyanı. Fransa, Kipr, Xorvatiya, Türkiyə, Tunis və Mərakeşdə daha kiçik koloniyaları var. Artıma mövsümünün sonunda Afrikanın şimal və Qərb sahillərinə köç edərək, qışı buralarda keçirirlər. 1975-ci ildə yalnız 1000 cüt Audoin qağayısı varkən, balıq endüstrisindeki tullantıların miqdarının artımı sayəsində populyasiya 19,000 cütün üzərinə çıxmışdır.