Ilex colchica

Kolxida şümşəsi (lat. Ilex colchica) — aquifoliaceae fəsiləsinin ilex cinsinə aid bitki növü.

Kolxida şümşəsi
Elmi təsnifat
Beynəlxalq elmi adı
  • Ilex colchica

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

Cənubi Qafqazda və Kiçik Asiyada,Balkanda qarışıq meşələrdə bitir.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 2,5 m-ə qədər olan,sürünən gövdəli,sallaq budaqlı ağac və ya həmişəyaşıl koldur.Yarpaqları ellipsvari,uzunluğu 5-10 sm,dərili,cod kənarları dişli,üst tərəfi tünd-yaşıl rəngli,aşağı tərəfi açıq-yaşıldır.Yarpaqların qoltuqlarında yerləşmiş hamaşçiçəyi çətirşəkilli salxımlarda toplanmışdırErkək çiçəkləri üç çiçəkləri,dişi çiçəkləri isə bir çiçəkdən ibarətdir.Kasacığı yarıya qədər bitişik,4 ədəd enli,ucu biz və üçkünc hissəlidir.Çiçək tacı ağımtıldır.ləçəkləri erkək çiçəklərdə uzunsov-yumurtavari,dişi çiçəklərdə isə enli-yumurtavaridir.meyvəsi 8–10 mm uzunluğunda,7–10 mm enində,qırmızı rəngli olub,dörd çəyirdəklidir.Çəyirdəyi üç hissəli,kənarlardan sıxılmış,uzunsov,enli çıxıntılıdır.yetişmiş meyvələri bütün qışı budaqların üzərində olur.Toxum və qələmlərlə çoxaldılır.

Torpağa tələbkardır,kölgəli sahələrdə normal böyüyüb,inkişaf edir.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Abşeronda,Lənkəranda,Gəncədə bağ və parklarda mədəni şəraitdə becərilir.

Qışda giləmeyvələri çox dekorativ görünür.Canlı çəpərlərin salınmasında,qazonlarda,mərkəzi alleyalarda tək və ya qrup əkinlərində istifadə məqsədyönlüdür.

Məlumat mənbəsi

[redaktə | mənbəni redaktə et]