"InSight" (ing. Interior Exploration using Seismic Investigations, Geodesy and Heat Transport) — NASA tərəfindən Marsa göndərilən kosmik robotu[1].
"InSight" kosmik zondu Marsın daxili quruluşunu tədqiq etmək üçün nəzərdə tutulub[1].
5 may 2018-ci ildə missiyasına başlayan "InSight" 26 noyabr 2018-ci ildə Mars səthinə eniş edən zaman NASA-ya siqnal göndərib[1]. "InSight" Marsda Eliziy vulkanik təpəsinin cənubundakı düzənliyə enib[1].
"InSight" 728 gün müddətində Marsda tədqiqatlar aparacaq[1]. Robotda quraşdırılmış texnika 2 aylıq hazırlıq işlərindən sonra 3-5 metr dərinlikdə qazma işləri aparacaq[1]. Tədqiqatların sonunda Marsın 4,6 milyard illik tarixi ilə bağlı məlumatların əldə edilməsi gözlənilir[1].