Xəzər andızı (lat. Inula caspica) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin andız cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir növüdür.
Xəzər andızı | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Xəzər andızı |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
Gövdəsi düz, çılpaq, çiçək qrupunda qalxanvari-budaqlı, 30–50 sm hündürlükdə çoxillik ot bitkisidir. Yarpaqlar lansetvari və ya xətti-lansetvari, kənarlardan düz, çılpaq, alt tərəfdən və kənarlardan nahamar, yuxarı yarpaqlar oturaq və əsasında küt qulaqcıqlarla, çılpaq ya da xırda təpəciklidir. Örtücük 15–22 mm diametrində, çöl yarpaqcıqları qısa, qabıqlı, kənardan təpə hissəsi tükcüklü, daxili pərdəli, ensiz xətlidir. Qılçıq çiçəkləri ensiz, çıxsaylıdır. Toxumcaları tükcüklüdür.
Çiçəkləmə və meuvəgətirmə dövrü iyul-avqust aylarına təsadüf edir. Toxumla çıxalır, mezofitdir, işıqsevən, uzlaşmaya avamlıdır, dəniz kənarında, psammofit-litoral qruplaşmalarda rast gəlinir. Dərman bitkisidir.
Lənkəran ovalığıdır (Sara adası).
Populyasiyanın təbii ehtiyatı azdır.
İqlimin təsiridir.
Qorunma tədbirləri təşkil olunmur. Bitdiyi yerlərin tam mühafizəsi, növün müasir vəziyyətinin öyrənilməsi, yeni yayılma ərazilərinin aşkar edilməsi, introduksiyası, toxum bankında saxlanılması təklif olunur.