Irania gutturalis

Adi ağboğaz bülbül (lat. Irania gutturalis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin milçəkqapanlar fəsiləsinin ağboğaz bülbül cinsinə aid heyvan növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir.

Adi ağboğaz bülbül
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Sinif:
İnfrasinif:
Klad:
Yarımdəstə:
İnfradəstə:
Fəsiləüstü:
Növ:
Adi ağboğaz bülbül
Beynəlxalq elmi adı

Boyu və hərəkətləri ilə bülbülü xatırladır. Üst tərəfi göy rəngə çalan boz, quyruğu, yanaqları qara, qaşı və boyunu ağdır. Qaramtıl-qəhvəyi rəngdə olan dişinin quyruğu tünd qəhvəyi, gövdə yanları narıncı, boğazı ağımtıl, boğazı əhatə edən başın yanı və sinəsi çirkli bozdur. Erkəyin üst tərəfi mavi boz olub, qara quyruğu və qırmızı sinəsi ilə seçilir. Dişisi erkəyə nisbətən sadədir. Daha qəhvəyi və boz yanaqlıdır. Alt tərəfində yalnız yanı qırmızıdır və qara quyruğu ilə dərhal seçilir. Cavan fərdləri xallıdır. Hər iki cinsiyyətdə ayaqlar qaradır, güclü dimdiyə malikdirlər. Quru yamacların kolluqlarla örtülü qayalıqlarında yaşayır və yuvalayır. Yuvaya 4-5 yumurta qoyur. Kürt müddəti 13-14 gün, bala çıxartma müddəti 12-15 gündür. Boyu 16,5 sm, qanad açıqlığı 28 sm və çəkisi 22 q-dır. Əsasən cücülərlə qidalanır, bəzən qida rasionuna giləmeyvələr əlavə olunur.

Növün böyük bir yayılma arealı vardır. Tam müəyyənləşdirilməməsinə baxmayaraq, Qərbi Afrikada 1,000,000 km²-lik bir sahədə yayıldığı qeyd olunur. İran, Qərbi Türkistan, İraqAralıq dənizi ətrafında yuvalayır. Qışı Afrikanın şərqində keçirir. Naxçıvan Muxtar Respublikasının Zəngəzur Milli Parkı ərazisində; Arpacay, Çəhriçay, Bicənək kəndinin qayalıq-kolluq ərazilərində müşahidə olunmuşdur. Azərbaycanda yuvalayan köçəri quşdur. Avropada çox nadir müşahidə olunur.

1000-1400 m hündürlükdə, əsasən 1100-1200 m-də rast gəlinir. Yuvasını ot və müxtəlif köklərdən qurur. Dişi yuvaya ellipsşəkilli, sarimtıl və ya qızıla çalan qəhvəyi ləkəli, yaşıla çalan mavi rəngdə 4-5 yumurta qoyur. Yuvası dairəvi şəkildədir.

Yuvanın xarici tərəfi, qurumuş ot, çalı, çırpı və ağac qabığından ibarət olmasına baxmayaraq, içərisi yumşaq olub, bitki toxumu, lələk, bez parçaları, kağız, qoyun yunu ilə döşənir. Erkək yalnız dişi yuvada olmadıqda yumurtaları qızdırır.

Naxçıvan Muxtar Respublikasının quru sahələrin kolluqlarında yayılmışdır. Optimal şəraitdə yayıldığı ərazidə 4-5 km²-də 2-3 fərddən çox olmur. Yayıldığı ərazidə ümumi sayı təxminən 20-40 cütdür. Avropa üzrə sayı 410000 ilə 920000 cüt olduğu qeyd edilir.

Azalma səbəbləri

[redaktə | mənbəni redaktə et]

Davamsız otarma nəticəsində kolluqların yeni pöhrələrinin məhv edilməsi, kolluqların qırılması, yandırılması, əkin sahələrinə çevrilməsi.

Qorunması üçün qəbul edilmiş tədbirlər

[redaktə | mənbəni redaktə et]

Yaşayış ərazilərindən bəzi yerlərin, qoruq, milli park və yasaqlıqların tərkibində olması faydalı olmuş Avropa mühafizə statusuna, Bern konvensiyasına, Azərbaycanın (1989) və Naxçıvan MR-in (2006) Qırmızı kitablarına daxil edilmişdir.

Qorunması üçün məsləhət görülmüş tədbirlər

[redaktə | mənbəni redaktə et]

Yaşayış ərazilərində otarmanın məhdudlaşdırılması, kolluqların bərpası və bu növ haqqında ətrafda yaşayan əhali arasında təbliğat.