Iris pseudoacorus

Sarı süsən (Iris pseudacorus L.) süsən cinsinə aid bitki növüdür.[2][3] [4]

Sarı süsən
Elmi təsnifat
Beynəlxalq elmi adı

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status / National IUCN Status: “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir –VU B1ab(iii) + 2ab(iii). Azərbaycanın nadir növüdür. [5]

Qısa morfoloji təsviri[redaktə | mənbəni redaktə et]

Çoxillik ot bitkisidir. Kökümsovu çox yoğun, uzun, çox budaqlanmışdır. Gövdəsi 80—100 sm hündürlükdə, yarpaqları boz—yaşıl, enli- xətvari və ya xətvari –lansetvari, 1-2(2,5) sm enindədir, aşağı yarpaqları gövdədən uzundur. Çiçək qrupu 4-8 çiçəklidir. Təpə yarpaqları yaşıl, kənarları və təpə hissəsi pərdəlidir. Çiçəkyanlığı 7 sm uzunluğunda, sarı rənglidir. Sütuncuq uzunsov, 3 sm uzunluöunda, tozcuq krem rəngli və ya narıncıdır. Qutucuq 4—5 sm uzunluğunda, küt, üçtillidir. [6][5]

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri[redaktə | mənbəni redaktə et]

Çiçəkləmə və meyvə əmələgətirmə dövrü may-iyun aylarına təsadüf edir. Kökümsov və toxum vasitəsilə çoxalır. Kriptofit (hidrofit) bitkidir, aranda yayılmışdır. Durğun sular, bulaqlar, arxlar, suvarma kanallarının kənarları, bataqlıq yerlər və çəmənliklərdə Berula erecta, Mentha aquatica, Veronica anagallis-aquatica, Nasturtium officinale bitkilərindən təşkil olunmuş senozlarda komponent kimi iştrirak edir. Boyaq, dekorativ və dərman bitkisidir. [6] [7] [8]

Yayılması[redaktə | mənbəni redaktə et]

Samur-Dəvəçi ovalığı və Lənkəran ovalığı (Astara rayonu, Təngərud və Maşxan kəndləri ətrafında, Lənkəran rayonunun girəcəyi), Bozqır yaylası, Kür düzənliyi. [6] [9] [10]

Sayı və tendensiyası[redaktə | mənbəni redaktə et]

Populyasiyalarının sayı azalır. [10]

Məhdudlaşdırıcı amillər[redaktə | mənbəni redaktə et]

Antropogen amillər (növün bəzək bitkisi kimi yığılması, otarılma, tapdalanma) və iqlimin dəyişilməsi (quraqlıqların nəticəsində su hövzələrinin quruması). 

Mühafizə tədbirləri[redaktə | mənbəni redaktə et]

Xüsusi mühafizə tədbirləri aparılmalıdır. Süni göl və gölməçələrin yaradılması, yayılma yerlərində antropogen təsirləri azaltmaq məqsədilə yasaqlıqların təşkili, populyasiya səviyyəsində genetik tədqqi, soğanaq və toxumlarının toxum bankında saxlanılması təklif olunur. 

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Linnaeus C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 1. S. 38.
  2. Nurəddin Əliyev. Azərbaycanın dərman bitkiləri və fitoterapiya. Bakı, Elm, 1998.
  3. Azərbaycan Respublikasının Qırmızı Kitabı. Nadir və nəsli kəsilməkdə olan bitki və göbələk növləri. II nəşr. Bakı-2013.
  4. Elşad Qurbanov. Ali bitkilərin sistematikası, Bakı, 2009.
  5. 1 2 "Arxivlənmiş surət". 2017-05-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-05-12.
  6. 1 2 3 Флора Азербайджана, 1952
  7. Мехтиева Н. П., 2007
  8. Мехтиева Н. П., 2009
  9.  Ибадлы О.В. 2005
  10. 1 2 Mehdiyeva N.P., Qaraxani P.X., 2013